Bütün xəbərlər
18 mart, 09:23

Novruz bayramının gəlişini müjdələyən dörd çərşənbədən sonuncusu – Torpaq çərşənbəsini qeyd edirik. Xalq arasında “İalaxır çərşənbə”, “Çərşənbə-suri”, “Yer çərşənbəsi” kimi tanınan bu gün, təbiətin oyanışı və həyatın başlanğıcıdır. Təbiət qış yuxusundan oyanır, torpaq canlanır, ağaclarda ilk tumurcuqlar çiçəklənir və yurdumuza bahar gəlir. İlaxır çərşənbə həm təbiət, həm də insan ruhu üçün yenilənmə, təmizlənmə dövrüdür. 

Bu çərşənbə həyatın bitmək bilməyən dövrü olaraq, torpağın oyanışını, yeni ümidlərin başlanğıcını, bütün qəlblərdəki sükutun sona çatmasını simvollaşdırır. 

Torpaq çərşənbəsi çərşənbələrin sultanı hesab edilir, qədimdən bir çox özünəməxsus adət-ənənələri olub və bu günədək yaşamaqdadır. 

İlaxır çərşənbədə ev-eşik təmizlənir, bayram tədarükü görülür. Hər evin süfrəsi müxtəlif şirniyyatlarla, paxlava, şəkərbura, şorqoğalı və səməni ilə bəzədilir. Ənənəvi olaraq süfrədə yeddi növ nemət olur. Bu, bərəkətin və bolluğun simvoludur. Yeddi rəngli yumurtalar isə həm həyatın müxtəlifliyi, həm də gələcəkdəki xoşbəxtliyi simvolizə edir.

İlaxır çərşənbədə axşam şənlikləri xüsusilə möhtəşəm olur və xalqımız onu təntənəli şəkildə bir bayram olaraq qeyd edir. Bu çərşənbə həm də insanların barışmasını təmin edən bir gündür. Küsülülər barışır, qəlblər yenidən birləşir, ailələr bir araya gəlir. Qulaq falına çıxmaq, qapılara papaq atmaq kimi əyləncələr də bu çərşənbəyə xas qədim ənənələrimizdən biridir. El arasında bu günə niyyət, dilək çərşənbəsi də deyilir. İnanca görə, həmin gün ürəkdə tutulan ən gözəl diləklərin hamısı hasil olur və ona görə də mütləq xoş sözlər söylənilməlidir. Hamı öz ailəsində könül açan sözlər danışıb, dava-dalaş etməz ki, qulaq falına çıxan şəxs xoşagəlməz ifadələr eşidib evinə ümidsiz dönsün. Bu gün evdən çörək, duz, su çıxarılmaz, çünki bunlar ruzinin, bərəkətin rəmzidir. Qədim inanclara görə, son çərşənbədə bunları evdən çıxarmaq ilin kasıbçılıqla keçəcəyinə işarədir.

Bütün bir ilin yorğunluğunun və çətinliklərinin atılması üçün ilaxır çərşənbədə ənənəvi olaraq tonqallar qalanır. Tonqal üzərindən atlanmaq insanın dərdlərini, narahatlıqlarını və pis xatirələrini atması deməkdir. İnsanlar “ağırlığım-uğurluğum tonqalda yansın” söyləyərək qəlblərindəki qaranlıq düşüncələrdən qurtulub daha saf və aydın ruhla gələcəyə baxmağa çalışırlar. 

Bu gün, hər bir insan qəlbindəki arzu və niyyətlərin gerçəkləşəcəyinə inanır. İnanca görə, hər bir dilək qəbul olunur və ilin qalan günləri, gələcəkdə atılacaq addımlar, o niyyətlərin izlərini daşıyır. Qəlbimizdəki ümidi bir-birimizlə bölüşdükcə, bu bayram daha da mənalı olur.

Bu çərşənbə həyatın gözəlliyini, birlikdə olmağın gücünü və arzu etdiyimiz yaxşılıqların gerçəkləşəcəyini bir daha bizə xatırladır, ruhumuzu təmizləyir, içimizdəki yaxşılıqları ortaya çıxarır və gələcəyə olan inamımızı gücləndirir.

Torpaq çərşənbəsi bu gün Şuşada, Ağdamda, Xankəndidə, Ağdərədə, Xocalıda da böyük çoşqu ilə qeyd olunur. İşğaldan azad olunmuş torpaqlarımızda ilaxır çərşənbənin qeyd olunması, yalnız bir bayram deyil, həm də Azərbaycan xalqının əzmliliyinin, qələbəsinin və torpağına olan sevgisinin bir təzahürüdür. Yurdumuzun hər yerində Novruz tonqalları yandırılır. Bayram tonqalları ürəklərə sevinc, xoşbəxtlik bəxş edir.  

Baharın gəlişini, təbiətin oyanışını müjdələyən, ümid dolu başlanğıcların, bolluq və bərəkətin simvolu olan Torpaq çərşənbəniz mübarək olsun!

Qoy, bu çərşənbə evlərinizə sevinc, firavanlıq və xoş günlər gətirsin! 

Şərhlər

Xəbər lenti

19 iyul, 19:06

Prezident İlham Əliyev: Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb

19 iyul, 19:02

III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilir

19 iyul, 18:51

Cəbrayıl şəhəri körpələr evi-uşaq bağçası fəaliyyətə başlayıb

18 iyul, 18:10

Müəllimlər intellektual qabiliyyətlərini yoxladılar - Qaliblərin oyun təəssüratları 

18 iyul, 17:27

BŞTİ media nümayəndələri ilə görüş keçirib

18 iyul, 16:53

Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

18 iyul, 16:36

Fərhad Hacıyev: Bu il “Yüksəliş”ə rekord sayda müraciət olub

18 iyul, 16:11

Ölkə birincisi: Hər bir işə məsuliyyətlə yanaşmaq lazımdır

18 iyul, 16:08

Fərəh Əliyeva: Əsas məqsəd dəyər yaratmaq iqtidarında olan gəncləri aşkara çıxarmaqdır

18 iyul, 15:48

Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar

18 iyul, 15:38

Fərhad Hacıyev: “Yüksəliş”in finalçılarının 55%-i 600-dən yüksək bal toplayıb

18 iyul, 15:16

Nazirin müşaviri: “TəhsilPlus” kartı müəllimlərin rifahının artırılmasına səbəb olacaq

18 iyul, 15:14

Avqustun 4-də jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

18 iyul, 15:08

BMU-da “Huawei” şirkəti ilə əlaqələr müzakirə olunub

18 iyul, 14:49

Naxçıvanın builki məzunları 30 ilin ən yüksək nəticəsini göstərdi

18 iyul, 14:32

Bir sinfin 4 qızıl “ulduz”u - Uğur necə əldə olundu?

18 iyul, 14:17

Ölkə birincisi: “Zəhmət çəkən insan mütləq istədiyinə nail olur

18 iyul, 13:52

Qızıl nişanla parlayan yeniyetmələrimiz

18 iyul, 12:48

Prezident İlham Əliyev Ağdamda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

18 iyul, 12:40

Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.