Bütün xəbərlər
23 dekabr, 16:49

Bəzən uşaq yeni sözləri öyrənməkdə, danışarkən məzmuna uyğun sözləri seçməkdə çətinlik çəkir, məkan və zaman anlayışlarını çox da asan qavraya bilmir. Uşağında bu simptomları görən valideynlərin, xüsusilə azyaşlı övladları olanların əksəriyyəti bunun nədən qaynaqlandığını başa düşməyərək yaranmış vəziyyətə görə narahatlıq keçirirlər. 

Elmi adı disleksiya olan bu xəstəliyi necə müəyyən etmək olar? Müəllimlər məktəbdə bu tip uşaqlarla necə ünsiyyət qurmalı və onları inkişaf etdirməlidirlər? 
Bu suallara cavab tapmaq üçün Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ümumi psixologiya kafedrasının müəllimi Jalə Məmmədova və həmin universitetin pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Gülşən Eminova ilə söhbətləşdik.

“Müəllimlərin məlumatsızlığı uşaqların ünsiyyətinə, inkişafına mənfi təsir göstərir”

Jalə Məmmədova bildirib ki, xüsusi öyrənmə pozuntusunun bir növü olan disleksiyanın əlamətləri daha kiçik yaşlardan özünü büruzə verir: ”Artıq məktəbəqədər dönəmdə uşaqlarda disleksiya əlamətlərinin ola bilməsindən şübhələnə bilərik. Belə uşaqlar hansısa bir hekayəni sona qədər dinləməyi sevməz, sadə işləri yerinə yetirmə, cümlələri ardıcıl şəkildə qurma, eşitdiyi, başına gəlmiş bir hekayəni danışma zamanı çətinlik yaşayarlar”. 

Uşaqların disleksiyadan əziyyət çəkdiyini bilmək üçün xüsusi metodlarla, testlərlə müayinələrin aparılmasını vacib sayan Jalə Məmmədova qeyd edib ki, disleksiyanın daha dəqiq diaqnozu 8 yaşdan sonra təsdiqlənir. 8 yaşa qədər isə yalnız əlamətlər barədə fikir irəli sürülə bilər. Diaqnoz təsdiqlənmədən əlamətləri aradan qaldırmaq vacibdir: “Erkən yaşlardan problemin həli ilə məşğul olunsa, sonrakı yaşlarda bu əlamətlər özünü göstərməz. Diaqnoz təsdiqləndikdən sonra onu aradan götürmək çətinləşir. Ümumiyyətlə, mütəxəssislər disleksiyanın yaranma səbəbləri ilə bağlı fərqli fikirlər səsləndirib, müxtəlif araşdırmalar aparıblar. Mütəxəssislərin bir qismi düşünür ki, uşaqlarda disleksiya eşitmə-qavrama, görmə-qavrama çətinliyinin yaratdığı problemdir. Bir qisim isə hesab edir ki, bu, beynin funksional pozuntularının, ananın hamiləliyi dövründə ortaya çıxan hər hansı problemin nəticəsidir. Tam olaraq demək mümkün deyil ki, bu, hansı səbəblə bağlıdır. Deyərdim ki, bəzən disleksiya əqli geriləmə, yəni zehni yetərsizlik ilə qarışıq salınır. Çünki onlar ümumi olaraq, neyro-inkişaf pozuntular qrupuna daxildir və onların ortaq əlamətləri çoxdur. Bunu ayırd etmək üçün uyğun mütəxəssisə müraciət edərək zamanında düzgün dəyərləndirmədən keçmək mümkündür. Əgər uşağa düzgün olmayan dəstək göstərilərsə, zaman itkisi olar. Disleksiyası olan uşaqların zəka ilə bağlı heç bir problemləri olmur, psixoloji inkişafları çox normaldır. Sadəcə olaraq, akademik sahədə qavrama, anlama, diqqət və bu kimi sahələrdə müəyyən çətinliklərlə üzləşirlər”. 

Mütəxəssisin sözlərinə görə, müəllimlərin xüsusi öyrənmə pozuntusu ilə bağlı maarifləndirilməsi və onlar üçün bu istiqamətdə təlimlərin keçirilməsi yaxşı olar. Müəllim bundan məlumatsız olarsa, onun yanaşması da yanlış olacaq və nəticədə bu tip uşaqlar yaşıdları tərəfindən savadsız, heç nə bilməyən biri kimi qəbul ediləcək: “Siniflərdə müşahidə aparsaq, görərik ki, müəllimlərin bu məsələ ilə bağlı  məlumatsızlığı uşaqlar arasında münasibətlərin pozulmasına gətirib çıxarır, onların ünsiyyətinə, şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir. Bu tip uşaqların oxuya, yaza bilməməsinin bir səbəbinin olduğunu qəbul etsək, həmin uşaqlar cəmiyyətdə çox gözəl yer tuta bilərlər. Ümumiyyətlə, valideyn bilməlidir ki, disleksiya geri zəkalılıq əlaməti deyil və kompleks müdaxilə nəticəsində zamanla aradan qaldırıla bilər”.

O əlavə edib ki, müəllim məktəb psixoloqu ilə birlikdə uşaqların psixoloji inkişaf səviyyələrini müəyyən edə, dəyərləndirmə apara və daha sonra valideynlərə müəyyən istiqamət verə bilər. 

Ekspert cəmiyyətin maariflənməsinin, müəllim-valideyn əməkdaşlığının artmasının disleksiyalı uşaqların gələcəyinə müsbət təsir göstərəcəyini və onların gözəl bir şəxsiyyət kimi inkişafına dəstək verəcəyini düşünür.

Müəllimin metodları təkcə disleksiyalı  deyil, digər uşaqların da marağını cəlb etməlidir

Disleksiyanın nevroloji vəziyyətlə bağlı olduğunu deyən Gülşən Eminova isə hesab edir ki, müəllimlər belə uşaqları diqqətdə saxlamalı, onlar üçün rahat, sərbəst mühit yaratmalı, ünsiyyətdə olarkən uşaqların özgüvənini formalaşdırmağa çalışmalıdırlar: “Bunlar çox vacib məqamlardır. Belə uşaqlar sözləri tərs oxuyur, oxuma sürətləri zəif olur, hərf və ya rəqəmləri uyğunlaşdırmada çətinlik çəkirlər. Hər bir müəllim onların üzərində işləsə, tədricən irəliləyişlər əldə edilər. Bu zaman müəllimdən səbir tələb olunur. Müəllim inanmalı, qarşısındakı uşağı da inandırmağı bacarmalıdır ki, müsbət nəticə əldə edilsin. Bu uşaqların öyrənməsini asanlaşdıran strategiyalar seçilməlidir”.

“Sinifdə disleksiyalı uşaqlar olarsa, müəllim hansı stratergiyalardan istifadə etməlidir ki, uşaqlar yaşıdları arasında damğalanmasın, ünsiyyətdən kənarda qalmasın?” sualına aydınlıq gətirən G.Eminova vurğulayıb ki, müəllim dərsini planlaşdırarkən bu uşaqları da nəzərə almalıdır: “Müəllim mətn oxuyarkən uşağa yaxın məsafədə əyləşməli və sözləri aydın, intonasiya ilə oxumalıdır. Müəllim çalışmalıdır ki, mətni əvvəl özü, daha sonra uşaqla birlikdə oxusun. Uşaqla bərabər oxuduqda müəllim tədricən öz səsini azaltmalıdır ki, uşağın səsi üst səviyyəyə qalxsın. Bundan sonra uşaq sözləri yavaş-yavaş deməyə başlayacaq. Müəllim bu dəstəyi ilə şagirdin özgüvənini formalaşdırır, onda düzgün oxu vərdişlərinin yaranmasına şərait yaradır: 

“Müəllim uşaqları mənfi davranışların aradan qaldırılmasına, müsbət davranışlara səbəb verən bir çox fəaliyyətlərə sövq etməli, onları stimullaşdırmalıdır. O, uşaqları “diqqət et, yadda saxla, təkrar et!” təlim nəzəriyyəsinə müvafiq olaraq istiqamətləndirməli, bacara bilməyəndə isə onları motivasiya etməlidir. Bu zaman müəllim uşaqlarda düzgün vərdişlərin yaranmasına imkan yaradacaq. Müəllim belə uşaqlarla göz təmasını çox qurmalı, onlarla bərabər əyləşməli və ünsiyyət zamanı oyunlardan daha çox istifadə etməlidir. Bu oyunlarda motorikanın inkişafı vacib amillərdən biridir. Ümumiyyətlə, pixoloji mühit elə olmalıdır ki, uşaq müəllimin səmimiyyətinə inansın, müəllimin onunla bu oyunları ürəklə oynadığını hiss eləsin. Eyni zamanda, disleksiyalı uşaqların səviyyəsinə uyğun olaraq, məzmunu sadələşdirməlidir. Məsələn, hansısa şeiri öyənə bilməyən uşaqdan həmin şeirin məzmunu tələb edə, bu kimi üsullarla onlarda tədrisə maraq yarada bilər. Müəllim elə metodlardan istifadə etməlidir ki, bu, təkcə disleksiyalı uşaqların deyil, digər uşaqların da marağını cəlb etsin”.

Müəllim-valideyn əməkdaşlığının vacib olduğunu, bərabər fəaliyyətin təhsilin keyfiyyətinə, uşaqların yüksək təhsil almasına şərait yaradacağını vurğulayan Gülşən Eminova deyib ki, müəllim şagirdinin akademik, sosial, emosional inkişafı ilə bağlı yenilikləri, çatışmazlıqları mütləq valideynə çatdırmalıdır: “Yeri gələrsə, müəllim valideynin hansı tədbirlərdə iştirak etməsini də deməli, valideynin uşağın inkişafına necə töhfələr verəcəyini vurğulamalıdır. Bəzən bu sahədə məlumatsız olan valideynlər deyir ki, uşağım heç nə yadında saxlaya bilmir. Hər bir işi valideynin, ya müəllimin üzərinə ataraq uşağın sağalacağını gözləmək lazım deyil. Peşəkar komandanın dəstəyi ilə bu problemlərin diaqnozunu qoymaq, onları aradan qaldırmaq mümkündür. Müəllimlər bir çox “Yerdəki ulduzlar”, “Hıçqırıq” kimi xarici filmlərdən faydalanaraq öz təcrübələrində istifadə edə bilərlər. Biz hətta valideynləri də bu filmlərə baxmağa tövsiyə edirik”.

Şərhlər

Xəbər lenti

22 iyun, 08:30

Bu gün doktorantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçirilir

21 iyun, 22:25

Azərbaycanda ali məktəb məzunlarının sayı artıb

21 iyun, 22:00

Azərbaycanda ən çox hansı ölkələrin tələbələri oxuyur? 

21 iyun, 21:41

Azərbaycanın orta məktəblərində 146 mindən çox müəllim çalışıb

21 iyun, 20:40

Kollec təhsili alanların sayı artıb 

21 iyun, 18:09

Şuşada çalışmaq şansımı itirsəydim, bunu özümə bağışlamayacaqdım – Azad edilmiş ərazilərdə dərs keçən müəllimlər

21 iyun, 18:00

“Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” – Naxçıvanda respublika elmi konfransı

21 iyun, 17:40

Toylarından 5 gün sonra imtahan verib uğur qazandılar

21 iyun, 17:30

ADNSU-nun rektoru Yay məktəbinin tələbələri ilə görüşüb

21 iyun, 16:37

Nazir müavini 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti çərçivəsində görüşlər keçirib

21 iyun, 16:26

Sertifikatlaşdırma müəllimlərə maddi dəstəkdir – İmtahandan uğurla keçənlər danışırlar

21 iyun, 16:18

DMA və MÜTDA nümayəndələri arasında görüş keçirilib

21 iyun, 16:01

Kənan Kərimzadə 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində çıxış edib

21 iyun, 15:56

Dövlət Agentliyi valideynlərə və məktəblərə təşəkkür etdi

21 iyun, 15:16

Məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər - SİYAHI

21 iyun, 14:56

Qabiliyyət imtahanlarına start verilib

21 iyun, 14:24

Gənc ailənin sertifikasiya uğuru

21 iyun, 14:09

NDU Macarıstan universiteti ilə ikili diplom proqramına başlayıb

21 iyun, 14:05

Stereotipləri aşan futbolçu qız: Mövsümün ən çox qol vuran oyunçusu

21 iyun, 12:38

Cəlilabadın güləşçi məktəblisi gümüş medal qazandı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.