.jpeg)
Mayın 26-da Özbəkistanın Fərqanə Dövlət Universitetinin nümayəndələri ADPU-ya səfər ediblər.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, Özbəkistan Respublikasının Fərqanə vilayətinin Pedaqoji Bacarıqlar Mərkəzinin direktoru Məftunə Odilxujayeva və nümayədə heyətinin digər üzvləri ADPU-nun prorektoru professor Mahirə Hüseynova ilə görüş keçirib, elmi və tədris sahəsində birgə fəaliyyət imkanlarını müzakirə ediblər.
Tədbir çərçivəsində Mahirə Hüseynovaya universitet adından xatirə hədiyyələri təqdim olunub.
Səfər proqramı çərçivəsində özbəkistanlı nümayəndələr ADPU-da keçirilən "Türk Dünyası və Piri Türkistan: Yəsəvi Yolu və İrsi" mövzusunda təşkil olunmuş beynəlxalq elmi konfransda, eləcə də “Azərbaycan dilçiliyi XXI əsrdə: reallıqlar və perspektivlər” adlı elmi-praktik konfransda iştirak ediblər.
Səfər Azərbaycan və Özbəkistan arasında elmi əlaqələrin inkişafında əhəmiyyətli addım kimi qiymətləndirilir.
1 /7
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər