Bütün xəbərlər
5 dekabr, 11:36

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilməsi ilə haqqında Sərəncam imzalayıb. 

Əliyev Fikrət Əhmədəli oğlu “Şöhrət” ordeni ilə təltif  olunub.

“Azərbaycan müəllimi” “Şöhrət” ordeni ilə təltif olunan Fikrət Əliyevin bioqrafiyasını təqdim edir:

Fikrət Əhmədəli oğlu Əliyev 13 avqust 1949, Nüvədi, Meğri rayonunda doğulub.

O, Fizika-riyaziyyat elmləri doktoru, Professor, akademikdir.

F. Ə. Əliyev 1971-ci ildə Azərbaycan Dövlət Unversitetinin (indiki BDU) mexanika riyaziyyat fakültəsini müvəffəqiyyətlə bitirərək aspiranturaya daxil olub, 1975-ci ildə Ukrayna EA-nın Riyaziyyat İnstitutunda (Kiyev) namizədlik dissertasiyasını müdafiə edibv, 1990-cı ildə SSRİ EA-nın Ümumittifaq Sistem Analizi İnstitutunda (Moskva) fizika-riyaziyyat elmləri doktoru dərəcəsini almaq üçün doktorluq dissertasiyasını müdafiə edib. 2000-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. F. Ə. Əliyev 2007-ci ildən Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Vitse-Prezidentidir.

"History of Science" beynəlxalq elmi-nəzəri araşdırmalar jurnalının 3-cü sayından jurnalın "Fizika-riyaziyyat və texnika elmləri" üzrə redaksiya heyətinin üzvüdür.

F. Ə. Əliyev 1975-ci ildən 1992-ci ilədək Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda kiçik, baş elmi işçi, 1992–1993-cü illərdə İstanbul Texniki Universitetinin (Türkiyə) professoru olub, 1993-cü ildən indiyədək Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat ETİ-nin direktoru vəzifəsində calışır.

Türk Dünyası Riyaziyyat Cəmiyyətinin vitse prezidentidir.

F. Ə. Əliyev 1993-cü ildə Amerika Riyaziyyat Cəmiyyətinin, 1996-cı ildən Ümumdünya Kompüter Assosiasiyasının üzvüdür.

Applied and Computational Mathematics beynəlxalq jurnalın həm baş redaktoru

TWMS Journal Pure and Applied Mathematics beynəlxalq jurnalın baş redaktoru

Proceedings of Institute of Applied Mathematics jurnalın baş redaktoru

F. Ə. Əliyev Azərbaycan elminin təbliğindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. Rumıniya Respublikasının Riyaziyyat Cəmiyyətinin 100 illiyinə həsr olunmuş xatirə medalı ilə təltif olunub.

Qazaxstan Respublikasının Əl-Fərabi adına Milli Universitetinin Yubiley medalını alıb.

Şərhlər

Xəbər lenti

18 iyul, 18:10

Müəllimlər intellektual qabiliyyətlərini yoxladılar - Qaliblərin oyun təəssüratları 

18 iyul, 17:27

BŞTİ media nümayəndələri ilə görüş keçirib

18 iyul, 16:53

Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

18 iyul, 16:36

Fərhad Hacıyev: Bu il “Yüksəliş”ə rekord sayda müraciət olub

18 iyul, 16:11

Ölkə birincisi: Hər bir işə məsuliyyətlə yanaşmaq lazımdır

18 iyul, 16:08

Fərəh Əliyeva: Əsas məqsəd dəyər yaratmaq iqtidarında olan gəncləri aşkara çıxarmaqdır

18 iyul, 15:48

Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar

18 iyul, 15:38

Fərhad Hacıyev: “Yüksəliş”in finalçılarının 55%-i 600-dən yüksək bal toplayıb

18 iyul, 15:16

Nazirin müşaviri: “TəhsilPlus” kartı müəllimlərin rifahının artırılmasına səbəb olacaq

18 iyul, 15:14

Avqustun 4-də jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

18 iyul, 15:08

BMU-da “Huawei” şirkəti ilə əlaqələr müzakirə olunub

18 iyul, 14:49

Naxçıvanın builki məzunları 30 ilin ən yüksək nəticəsini göstərdi

18 iyul, 14:32

Bir sinfin 4 qızıl “ulduz”u - Uğur necə əldə olundu?

18 iyul, 14:17

Ölkə birincisi: “Zəhmət çəkən insan mütləq istədiyinə nail olur

18 iyul, 13:52

Qızıl nişanla parlayan yeniyetmələrimiz

18 iyul, 12:48

Prezident İlham Əliyev Ağdamda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

18 iyul, 12:40

Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub

18 iyul, 12:29

150 illik miras - “Əkinçi” bağlandı, amma gözlər açıldı

18 iyul, 12:26

Sabahın hava proqnozu açıqlanıb

18 iyul, 12:13

Arzularla başlayan yol qızıl mükafatla tamamlandı – Uğur hekayələri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.