Bütün xəbərlər
4 fevral, 12:03

“Prezidentin mükafatını almaq böyük fəxrdir. Bu mükafat illərdir gənclərin inkişafı və cəmiyyətə faydalı işlər görmək istiqamətində göstərdiyimiz səylərin nəticəsi olmaqla yanaşı, cənab Prezidentimizin gənclərə verdiyi qayğı və diqqətin, onların potensialını reallaşdırmaq üçün yaratdığı geniş imkanların təzahürüdür”.

Bu sözləri həmsöhbətimiz, gənc ictimai fəal Rafael Hacıbəyli deyib. Xəbər verdiyimiz kimi, bir qrup gəncə Prezident İlham Əliyevin sərəncamı ilə Gənclər üçün Prezident mükafatları təqdim edilib. “Azərbaycan müəllimi” həmin gənclərdən birini – Rafael Hacıbəylini oxucularına təqdim edir.

Rafael Hacıbəyli Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr, daha sonra isə Hüquq fakültəsini bitirib. Magistratura təhsilini ADA Universitetinin “Biznesin idarə edilməsi” ixtisası üzrə başa vurub. O, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının və Avropa Gənclər Parlamenti – Azərbaycan İctimai Birliyinin sədridir. Eyni zamanda, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması İctimai Birliyinin icraçı direktoru, Dünya Azərbaycanlı Gənclərin Beynəlxalq Həmrəyliyi İctimai Birliyinin sədri kimi fəaliyyət göstərib.

O, Avropa Gənclər Parlamenti (AGP) çərçivəsində Qarabağ Beynəlxalq Forumunun və 2023-cü ildə Bakı Beynəlxalq Sessiyasının baş təşkilatçısı olub.

2024-cü ildən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvüdür.

Prezident mükafatçısının sözlərinə görə, bu mükafat yalnız onun deyil, bütöv bir komandanın əməyinin qiymətləndirilməsini simvolizə edir. “Bu dəstək gənclərin inkişafına verdiyimiz töhfələri daha da gücləndirir”, – deyə o qeyd edib:

"Biz 10 ildən çoxdur ki, gənclər sahəsində çalışırıq. 10 il əvvəl dostlarımızla bizə maraqlı olan layihələrə qoşularkən, dövlət gənclər siyasətinin prioritetlərini anlayaraq, bizə maraqlı olan sahələrdə yeniliklər gətirmək, dövlətə, cəmiyyətə faydalı işlər görmək üçün addımlar atdıq. Bu yolda bir çox dövlət qurumları ilə əməkdaşlıq etdik və hər zaman gənclərə, gənclər təşkilatlarına, gənclər hərəkatlarına qayğı və diqqəti hiss etdik. Bunun nəticəsidir ki, gördüyümüz işlər böyük platformalara çevrildi və sonda ali diqqətə layiq görüldü. Ən böyük uğurumuz müstəqil və güclü Azərbaycanda gənclik yaşlarımızı keçirmək və bu diqqət və qayğını hiss etmək olub. Beləliklə, bu şərait bizə yaradıcılığımızı sərbəst ifadə etmək, ideyalarımızı həyata keçirmək və göstərdiyimiz səylərin nəticəsində mükafata layiq görülməyimizə zəmin yaratdı”.

Gələcək planları ilə bağlı danışan həmsöhbətimiz, fəaliyyətində cənab Prezidentin siyasi kursuna sadiq qalaraq, dövlətçilik ənənələrini qoruyacağını, inklüziv cəmiyyətin inkişafına töhfə verəcəyini, milli dəyərlərimizin zəngin irsini daha da inkişaf etdirmək məqsədilə birlik və əməkdaşlıqla ölkəmizin tərəqqisinə yeni və innovativ təşəbbüslərlə dəstək olmağa davam edəcəyini ifadə edib.

Şərhlər

Xəbər lenti

14 mart, 10:33

Sabah peşə məktəblərinə işə qəbulu üzrə imtahan keçiriləcək

14 mart, 10:23

İsveç məktəblərində smartfonlardan istifadə qadağan ediləcək

14 mart, 09:56

Qazaxıstanlı tələbələr ADNSU-da təcrübə keçiblər

14 mart, 09:48

Tələbələr dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu barədə məlumatlandırılıb

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 16:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 16:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 16:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 16:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

13 mart, 15:05

Ənənə və müasirliyi birləşdirən təhsil ocağı – Şəki məktəbindən REPORTAJ

13 mart, 14:45

Xankəndi şəhərində solo konsert keçirilib

13 mart, 13:58

34 ildən sonra – Xankəndi məktəbinin bir dərs günü  

13 mart, 13:40

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

13 mart, 12:32

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

13 mart, 11:55

Ben Sauter: Azərbaycanın ali təhsil sisteminin beynəlxalq məkanda tanınması artıb

13 mart, 11:43

İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin sayı açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.