Bütün xəbərlər
18 mart, 12:22

Elm və innovasiya sahəsində gələcəyin yollarını açan şagirdlərimiz bu il də “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsində öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Elmə maraq göstərən məktəblilər ideyaları ilə yalnız biliklərini deyil, həm də tədqiqat qabiliyyətlərini nümayiş etdirərək gələcəyin ixtiraçıları, alimləri olmaq iddialarını göstərdilər. Bu müsabiqə təkcə elmi nailiyyətlərin nümayişi deyil, eyni zamanda, istedadlı şagirdlərin cəmiyyətə tanıdılması, onların alimlərlə və ekspertlərlə birbaşa ünsiyyət qurması üçün əvəzsiz platformadır. 

“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin iştirakçısı olan təhsil ictimaiyyətinin nümayəndələri bu nüfuzlu tədbirlə bağlı təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşüblər.  

“Şagirdlərin elmi yanaşması yüksək səviyyədə idi” 

Təhsil eksperti Kamran Əsədov qeyd edir ki, şagirdlərin təqdim etdiyi layihələr olduqca maraqlı idi: “Bu işlər elmi yanaşma, araşdırma bacarığı və kreativlik baxımından yüksək səviyyədə idi. Şagirdlərin öz ideyalarını real problemlərin həlli üçün tətbiq etməsi, müxtəlif sahələrdə – ekologiya, mühəndislik, informatika, biologiya və digər istiqamətlərdə innovativ həllər təklif etməsi Azərbaycan təhsilinin gələcəyi üçün ümidvericidir”.

Rayon məktəblərinin bu müsabiqədə fəal iştirakını yüksək qiymətləndirən təhsil eksperti bunun regionlarda da istedadlı şagirdlərin yetişdiyinin və onların elmə marağının yüksək olmasının göstəricisi olduğunu söyləyir: ““Sabahın alimləri” Azərbaycanın orta məktəblərin şagirdləri üçün həyata keçirilən ən yaxşı layihələrdəndir. Şagirdlər burada fərdi, həm də komanda şəkilində öz elmi-tədqiqatçılıq bacarıqlarını ortaya qoya bildilər”.

“Müsabiqə gələcək alimlərin yetişməsinə şərait yaradır”

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadənin fikrincə, müsabiqə təkcə istedadlı şagirdlərin üzə çıxarılması ilə məhdudlaşmır, həm də elmi tədqiqat metodlarının məktəblilərə aşılanmasına, onları elmə yönləndirməyə, gələcək alimlərin yetişməsinə şərait yaradır: “Bu müsabiqə məktəblilər üçün bir stimuldur. Onlar layihələr üzərində işləyərkən tədqiqat metodologiyası, eksperiment aparmaq və nəticələri düzgün təqdim etmək kimi bacarıqları öyrənirlər. Bu isə onların gələcəkdə elmi fəaliyyətə daha peşəkar yanaşmasına kömək edəcək”.

“Yeniyetmələrimiz hələ parta arxasında elmi araşdırmaların əsas prinsiplərini bilirlər”

Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev rəhbərlik etdiyi qurumun alimlərinin artıq neçə illərdir ki, “Sabahın alimləri” müsabiqəsində iştirak edən şagirdlərə dəstək olduqlarını və yeniyetmələrin tədqiqat aparmaları üçün laboratoriyalardan istifadəyə şərait yaratdıqlarını bildirir: “Bu müsabiqə təkcə şagirdlər üçün deyil, eyni zamanda, elmi institutlar üçün də vacibdir. Şagirdlərin təqdim etdikləri layihələr olduqca maraqlı mövzulara həsr edilib. Xüsusilə tibbi texnologiyalar və mühəndislik, süni intellekt sahəsində diqqətçəkən layihələr layihələr var. Müsabiqədə elə layihələr gördük ki, onlar gələcəkdə böyük texnoloji və tibbi yeniliklərin əsasını qoya bilər. Yeniyetmələrimiz hələ parta arxasında artıq elmi araşdırmaların əsas prinsiplərini bilir və yüksək səviyyədə tədqiqatlar aparırlar. Bu, Azərbaycanın elmi gələcəyi üçün çox önəmli addımdır".

Şərhlər

Xəbər lenti

2 may, 15:29

ADPU-da növbəti dəfə "Mən rəhbər olsam” layihəsi keçirilib

2 may, 15:23

Apellyasiya Komissiyası fəaliyyətə başlayacaq

2 may, 15:05

Bəzi universitetlərin magistraturalarına qəbul qaydası dəyişib

2 may, 15:05

I ixtisas qrupu üzrə tələbə qəbulu qaydası dəyişib

2 may, 14:56

Gəncədə “Karyera festivalı” keçiriləcək

2 may, 14:54

İxtisas qrupları və ixtisaslarda dəyişiklik edilib – QƏRAR

2 may, 14:34

“İdman məndə əzmkarlıq formalaşdırıb” – Cüdoçu Nərgiz

2 may, 14:09

Naxçıvanda kitab sərgisi keçiriləcək

2 may, 13:40

NDU-nun tabeliyinə verilən institutlar: Gözləntilər

2 may, 12:50

Sabahın hava proqnozu açıqlanıb

2 may, 12:39

ADA Universitetində 13-cü Karyera Sərgisi keçirilib

2 may, 12:15

Yaradıcı düşüncə, yoxsa düzgün cavab?

2 may, 12:09

“BilBacar” müsabiqəsinin may ayı üzrə hazırlıq mərhələsinə start verilib

2 may, 12:03

Azərbaycanda universitet bir sıra vəzifələrə işçi axtarır – SİYAHI

2 may, 11:57

AzMİU “QS Stars” reytinq sistemində 5 ulduz qazanıb

2 may, 11:50

Müəllimlərə güzəştli təhsil kartlarının veriləcəyi vaxt BƏLLİ OLDU

2 may, 11:39

BMU-İNHA İDP tələbələri “EduHack 2025” hakatonunda qalib olublar

2 may, 11:38

I sinfə qəbul üzrə avtomatik təyin edilmiş məktəb və müəllim seçimini ləğv etmək olar

2 may, 11:26

RFO-nun Azərbaycan dili və ədəbiyyatı və coğrafiya fənləri üzrə final turu keçirilib

2 may, 11:14

AzTU-da “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda konfrans keçirilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.