Bütün xəbərlər
7 avqust, 17:27

“Qarabağ Universiteti fəaliyyətə başlayandan burada tədris yalnız Azərbaycan bölməsi üzrə təşkil edilib. Ötən tədris ilində olduğu kimi, 2025/2026-cı tədris ili üçün də universitetə tələbə qəbulu yalnız Azərbaycan dili bölməsi üzrə həyata keçiriləcək”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib.

“Təməl yanaşmamız ondan ibarətdir ki, qəbul Azərbaycan dili bölməsi üzrə aparılsa da, tələbələrimizin ingilis dili bacarıqlarının yüksək səviyyədə formalaşması üçün bütün zəruri addımlar atılsın”, – deyə qeyd edib. 

Şahin Bayramovun sözlərinə görə, Qarabağ Universitetinin fəaliyyətə başladığı ilk gündən Beynəlxalq Dil Mərkəzi mövcuddur. Bu mərkəz tələbələrə yüksək səviyyədə ingilis dili bacarıqları əldə etmək imkanı yaradır: “Bu isə bizə növbəti kurslarda tələbələrimizə ixtisas fənlərini ingilis dilində tədris etməyə imkan verəcək. Eyni zamanda, tələbələrimiz öz ixtisasları üzrə dünyada qəbul olunmuş, ən müasir dərsliklərdən (bu dərsliklərin əksəriyyəti xarici dillərdədir) istifadə edərək biliklərini genişləndirə biləcəklər. Qarşıdakı perspektivdə isə xarici ölkələrdən dəvət olunan professorlardan dərs almaq imkanları da yaradılacaq”.

Rektor bildirib ki, universitetin Beynəlxalq Dil Mərkəzinin təqdim etdiyi imkanlardan yararlanmaqla tələbələr müxtəlif beynəlxalq mübadilə proqramlarında da iştirak edə biləcəklər: “Bu baxımdan Qarabağ Universitetinin tələbələrinin yüksək səviyyədə ingilis dili bacarıqlarına malik olacağı birmənalıdır.
Ona görə də abituriyentlərimiz bu fürsətlərdən yararlanaraq gələcəkdə həm də beynəlxalq əmək bazarında özlərini reallaşdırmaq imkanına sahib ola bilərlər”.

Şərhlər

Xəbər lenti

9 avqust, 18:29

ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər

9 avqust, 18:24

Qalib Liderin diplomatik Zəfəri

9 avqust, 11:19

Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verib

9 avqust, 11:10

Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalanıb

9 avqust, 11:04

Azərbaycanın və ABŞ-ın prezidentləri, Ermənistanın Baş naziri Ağ Evdə mətbuata bəyanatla çıxış ediblər 

9 avqust, 10:57

Vaşinqtonda Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb

9 avqust, 10:51

Birinci vitse-prezident Mehriban Əliyeva Vaşinqtonda keçirilən görüşə dair paylaşım edib

9 avqust, 10:48

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülhə dair saziş layihəsini paraflayıblar və ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti imzalayıblar

8 avqust, 23:01

“Maarifçi”lər Elm və Təhsil Nazirliyi üçün strateji plan hazırladılar – REPORTAJ 

8 avqust, 22:02

Qrup rəhbəri və ixtisas müəllimi vakansiyası üzrə nəticələr açıqlandı

8 avqust, 19:16

Mikayıl Cabbarov Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru ilə görüşüb

8 avqust, 19:10

Müəllimlərin sertifikasiya imtahanı üzrə apellyasiya nəticələri AÇIQLANDI

8 avqust, 17:48

Professor Şahbaz Muradov: Hər bir alim elmin davamlı inkişafında fəal iştirak etməlidir

8 avqust, 16:48

Növbəti 10 ildə peşə təhsili alanların sayı 50 minə çata bilər

8 avqust, 16:27

Qarabağın şagirdləri üçün “Yay məktəbi” təşkil edilib

8 avqust, 16:19

“Dərzi” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə bacarıqlar qiymətləndirilib

8 avqust, 16:11

Bağça müəllimi: Müasir uşaq yaradıcı müəllim tələb edir

8 avqust, 16:01

9 illik təhsil bazasından kolleclərə qəbul imtahanının nəticələri açıqlandı

8 avqust, 15:55

66 gənc ABŞ-də təhsil alacaq – 44-ü TOP10 universitetlərdə

8 avqust, 14:33

Ceyhun Kərəmov: Bəzi işəgötürənlər süni intellekt bacarıqlarını da tələblər siyahısına daxil edir 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.