
“Elm, ali təhsil və biznes sektoru arasında əlaqələrin güclənə bilməməsinin əsas səbəblərindən biri tərəflər arasında inamsızlığın olmasıdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bu gün "SABAH.city" layihəsi çərçivəsində Yüksək Texnologiyalar Parkı və ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulmasına dair Anlaşma Sazişinin imzalanması mərasimində çıxışı zamanı deyib.
Rektor bildirib ki, Yüksək Texnologiyalar Parkı və ali təhsil müəssisələri arasında "SABAH.city" layihəsinin uğurlu icrası sayəsində bu inamsızlıq aradan qalxacaq.
E.Babayev qeyd edib ki, layihə çərçivəsində tələbələr təcrübə də qazanmış olacaqlar:
"Bu layihə ilə bağlı mütəmadi olaraq qiymətləndirmə aparılmalı və onun nəticəsində müəyyən addımlar atılmalıdır. Növbəti məsələ tələbələrin sosial və logistika məsələləri ilə bağlıdır. Eyni zamanda, Yüksək Texnologiyalar Parkının ərazisində yeni qurulacaq “SABAH.city” şəhərciyindəki təmir işləri ilə də bağlı müzakirələr aparmışıq. Buradakı yolların vəziyyəti nəzərdən keçirilməlidir. Çünki infrastruktur tələbələr üçün daha rahat olmalıdır. Burada xüsusi avadanlıqların da olması vacibdir. Biz bunun üçün müəyyən addımlar atmalıyıq".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər