Bütün xəbərlər
7 fevral, 10:02

Bakı şəhəri 210 nömrəli tam orta məktəbdə şagirdə naməlum məqsədlə arxasında nömrə qeyd olunmuş vərəq verildiyinə dair sosial şəbəkələrdə iddialar yayılıb.

"Azərbaycan müəllimi" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu iddia ilə Nurlan Mirəli adlı vətəndaş feysbuk hesabında paylaşım edib.

“Bu gün 5-ci sinifdə oxuyan qızıma və onun sinif yoldaşlarına böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq belə bir vərəq veriblər. Vərəqin bir üzünə mobil nömrə qeyd edilib, digər üzündə isə bir oyunun loqosu əks olunub və rusca “mənə yaz” sözləri yazılıb. Bu oyunu “Google” üzərindən araşdırdım, dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurduq, səsimizi  eşidib söndürürlər”, - deyə vətəndaş qeyd edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, məktəbliyə verilən naməlum qrafalı vərəqəni polis araşdırır:

"Sosial şəbəkələrdə yayılan naməlum qrafalı kağızlardan məlumatlıyıq. Bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır. Araşdırmalar nəticəsində vərəqdə əks olunan ifadələrin mahiyyəti aydın olacaq".

Məktəbdən isə iddia ilə bağlı "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, məktəbdaxili araşdırma aparılacaq. Şagird və valideynlərlə müvafiq söhbətlər keçiriləcək, məktəb psixoloqu tərəfindən şagirdlərlə dəstəkləyici tədbirlər görüləcək:

"Məktəb rəhbərliyi valideynlə əlaqə saxlayıb. Məktəbin kameralarına baxılaraq məsələyə aydınlıq gətiriləcək. Lazım gələrsə, hüquq-mühafizə orqanlarına müraciət ediləcək", – deyə məlumatda qeyd edilib.

Şərhlər

Xəbər lenti

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 16:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 16:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 16:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 16:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

13 mart, 15:05

Ənənə və müasirliyi birləşdirən təhsil ocağı – Şəki məktəbindən REPORTAJ

13 mart, 14:45

Xankəndi şəhərində solo konsert keçirilib

13 mart, 13:58

34 ildən sonra – Xankəndi məktəbinin bir dərs günü  

13 mart, 13:40

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

13 mart, 12:32

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

13 mart, 11:55

Ben Sauter: Azərbaycanın ali təhsil sisteminin beynəlxalq məkanda tanınması artıb

13 mart, 11:43

İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin sayı açıqlanıb

13 mart, 11:38

ADNSU tələbələri üçün “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib

13 mart, 11:31

“Mədən sənayesində qadınların rolunun artırılması” mövzusunda seminar keçirilib

13 mart, 11:11

"Şagirdlərimin sevincini görəndə düşünürəm ki, müəllimlikdən gözəl peşə yoxdur" 

13 mart, 10:57

Nazir yüksək elmi nailiyyətləri olan alimlərlə görüşüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.