
Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqova həvalə olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri müvafiq əmr imzalayıb.
Əminağa Sadıqov 1980-1985-ci illərdə Dnepropetrovsk Dövlət Universitetinin (indiki Dnepr Milli Universitetinin) Tətbiqi-riyaziyyat fakültəsində təhsil alıb. 1992-ci ildə həmin universitetdə fizika-riyaziyyat elmləri namizədi (riyaziyyat üzrə fəlsəfə doktoru) alimlik dərəcəsini alıb. 2013-cü ildə texnika elmləri doktoru alimlik dərəcəsi, 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb. 2017-ci ildə "Kompüter elmləri" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
O, 2021-2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində çalışıb. 2024-cü ildən etibarən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsində işləyir.
Xatırladaq ki, Sumqayıt Dövlət Universitetinin keçmiş rektoru Rüfət Əzizov bir müddət əvvəl ADNSU-ya rektor təyin edilib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər