Bütün xəbərlər
30 sentyabr, 10:50

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində hazırda vakant olan təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, məktəb psixoloqu  vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilib.

"Azərbaycan müəllimi" idarəyə istinadən xəbər verir ki, müsabiqə 4 mərhələdən (qeydiyyat və sənədlərin yoxlanılması, test imtahanı, müsahibə və vakant yerlərin seçimi) ibarətdir.

Qeyd olunan vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 30 sentyabr-2 oktyabr tarixlərində tələb edilən sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, tərcümeyi-hal, təhsil haqqında sənədin və əmək kitabçasının surəti,  gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə isə qeyd olunan sənədlərlə yanaşı, hərbi biletin surəti (yazılı hissələrinin), Qarabağ müharibəsində iştirakı və sosial statusu ) iş günləri ərzində saat 10:00-dan 17:00-dək yerli təhsil sektoruna və ya Şirvan-Salyan Regional Təhsil İdarəsində təşkil olunmuş komissiyaya təqdim etməklə qeydiyyatdan keçə bilərlər.   

Həmçinin namizədlər qeyd olunmuş https://docs.google.com/spreadsheets/d/1HCuekThDtR5WGUnOP0LIHyBTSTAocxkR/edit?gid=641567509#gid=641567509  linkə daxil olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələri üzrə mövcud vakansiyalarla tanış ola bilərlər. İmtahana qədər yeni vakant yerlər yarandığı təqdirdə siyahıya əlavə olunacaq.

Vəzifələr üzrə namizədlərə 20 ixtisas, 15 informatika və 15 məntiqi təfəkkürə uyğun suallar təqdim ediləcək.

Adıçəkilən vəzifələr üzrə ixtisas tələbləri ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://docs.google.com/document/d/1uPgIC6RIMgyVCzdmkP9m3yWa4Z1GOnzDF1CNGiF3RIY/edit?tab=t.0

İmtahanın dəqiq vaxtı idarənin sosial media hesabında elan ediləcək.

Şərhlər

Xəbər lenti

7 oktyabr, 15:08

Nobel laureatlarının kəşfi elmi və klinik irəliləyişlərə təkan verəcək – Gənc tədqiqatçı

7 oktyabr, 14:48

ADPU-da “Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

7 oktyabr, 14:47

Övladınız dərs oxumursa, bunları edin! – Psixoloqdan tövsiyə

7 oktyabr, 13:59

Fizika üzrə Nobel laureatlarının adları açıqlandı

7 oktyabr, 13:45

73 yaşlı tələbə III MDB Oyunlarının könüllüsü oldu 

7 oktyabr, 13:40

Ən çox kredit alanlar bu ixtisaslarda oxuyurlar – SİYAHI

7 oktyabr, 13:32

Təhsil tələbə krediti üçün ayrılan vəsaitin məbləği artıb

7 oktyabr, 13:30

Tələbələrin 470 min manatdan çox kredit borcu bağışlanıb

7 oktyabr, 13:28

24 ailədən üç nəfər təhsil tələbə krediti alıb

7 oktyabr, 13:26

Ən çox kredit alanlar bu universitetlərin tələbələridir – SİYAHI

7 oktyabr, 13:20

Mütəxəssis: Karyera planlamasında valideyn-dost məsləhətləri hər zaman uğurlu olmur – MÜSAHİBƏ

7 oktyabr, 13:12

Tələbələrə 60 milyon manatdan çox təhsil krediti verilib

7 oktyabr, 13:03

Nazir müşaviri: Son üç ildə elmi məqalələrimizin keyfiyyəti artıb

7 oktyabr, 12:34

NDU-da startapçı tələbələrlə görüş keçirilib

7 oktyabr, 12:25

Rəqəmsallaşma saxta diplomlarla bağlı yeni reallığı üzə çıxarıb – TKTA sədri

7 oktyabr, 12:20

Şəhid anası müəllim: Oğlum xidmət etdiyi hərbi hissədə 2 ali təhsilli əsgərdən biri olub

7 oktyabr, 11:52

Sertifikatlaşmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

7 oktyabr, 11:46

“Hələ tam dərk etmirəm” – Nobel laureatı xəbəri necə aldı?

7 oktyabr, 11:19

Tural Əhmədov: Azərbaycanın bütün universitetlərinin diplomu xaricdə tanınır

7 oktyabr, 10:58

AzMİU və Fırat Universiteti arasında tətbiqyönlü elmi əməkdaşlığa start verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.