Bütün xəbərlər
21 may, 12:12

“Azərbaycan müəllimi” qəzeti, 27 may 1983-cü il, №41

Məktəbə xeyli qalmışdı. Yolboyu uşaqların sevinclə, həyəcanla danışmaları diqqətimdən yayınmırdı. Bu yoldan indi keçmirdim, çox olmuşdum. Nədənsə, o vaxtlar yalnız şagirdlərin tələsik addımlarını müşayiət etmişdim: “İndi zəng vurulacaq”. O vaxt onların fikrindən bu keçirdi, cəmi üç-dörd gün əvvəl. Bu gün isə birincilərin və onuncuların həyəcanı daha çoxdur.

Birincilər özlərindən sinifcə və yaşca böyüklərin hansı hisslər keçirdiklərini bu qədər kövrəkliyi ilə duya bilməzlər. Onlar üçün pillələr neçə illər qalxacaq, ucalacaq. Neçə illər…

Onuncular doğma siniflərinə girirlər. Elə ağır-ağır, ehtiyatla daxil olurlar ki... Niyə belə? Məgər doğma otaqlar deyilmi? Yox, bu həmin lövhədir, bu da partalardır. Dəyişdirilməyib, dünənki kimidir. Bəs zəng niyə vurulmur? Məgər saat 8 olmayıb? Yox, uşaqlar siniflərdədir, öz müəllimləri ilə.

...O, heç cürə narahatlığını gizləyə bilmir, gah lövhəsinin qarşısına keçir, gah da xəritəyə baxır. Gözlərini şimaldan çəkmir. Xəyalından nə keçir onun? Bəlkə BAM-da (Baykal-Amur Magistralı - red.) işləməyi qərarlaşdırıb? Bəs niyə romantika bürüyüb onu? Rəfiqə təbiətinə yaxşı bələd olan dostunun yanına gəlir:

– Bu gün də xəyal, romantika? Bilirəm, işləməyə haraya gedəcəksən. Çox o yan-bu yan eləmə, mən də sənə qoşuluram.

Hamı gülüşür, söhbətə Təranə qoşulur. Sinifdə Təranənin xətrini hamı istəyir. Çətin məsələ-misal oldumu, yan alardılar ona:

– Hə. müəllimə qədər bir izah elə görək. Təbaşiri əlinə alan kimi başımıza həkk olunur. 

Mübaliğəsiz deyirəm. Təranə bir söz demir, təbəssümlə dostlarına baxır. Arif dinib-danışmır, yamanca kövrəlib. Səbəbi aydındır. On il təhsil aldığı doğma ocağı ilə vidalaşacaq. Yəni həqiqətdi bu? Bizə daha “məzun” deyəcəklər? Məktəb həmişə əzizdir, doğmadır, onun ağuşunu əbədi tərk etməkmi olar? Müəllimlərimizi unutmaq mümkünmü? Bu divarlarda səsimiz, ünümüz qalıb, əbədiləşib. Nə vaxt gəlsək bu sinfə, qaytarar səsimizi, ünümüzü. 

Məktəb addım-addım böyüdüb, sinif-sinif ucaldıb bizi. Bax bu birincilər kimi. O vaxt da bu boyda onunculara – məzunlara “yaxşı yol” demişik, gül-çiçək vermişik. Balaca əllərimizlə sıxmışıq əllərini, “uğurlar” arzulamışıq.

Onuncuların sinif rəhbərləri Tahirə Nəzirova, Hafizə Qəmbərova və Səfurə Əsərova sanki cəsarət erdib məzunlara yaxınlaşmaq istəmirlər. Onları başa düşmək çətin deyil. Gözləri önündə böyüyüblər. Həyatın astanasında dayanıblar. Açıq sinif qapılarından xəfifcə diqqət yetirirlər; onuncular hiss etməsinlər deyə.

Tahirə müəllim üçün xüsusilə kövrək dəqiqələrdir. İyirmi beş ildir məzunlarla vidalaşır, onlardan ayrılır. Bu illərin siqlətində neçə-neçə qayğı yaşayır. Narahat gecələr quş qanadında gəlir. Onunculara bax. Beləcə siniflərini tərk elədilər. Qapını nədənsə örtmədilər. “Qoy açıq qalsın”, - dedilər. Axışdılar məktəbin klubuna və şagirdlərin alqışları altında əyləşdilər…

Bakının Oktyabr rayonundakı 13 nömrəli orta məktəbdə məzunlarla görüş belə başladı.

Görüşü məktəbin direktoru Nazim İsayev açdı:

– Bu gün mən deyərdim ən həyəcanlı dəqiqələrimizi keçiririk. Biz müəllimlərə çətin olur belə anlar. İllərlə dərs dediyin uşaqlardan ayrılırsan. Amma xəfif bir inam həmişə yaşayır, közərir biz müəllimlərin ürəyində. Sizinlə həmişə görüşürük təhsil ocaqlarında, istehsalat müəssisələrində. Xoş sorağınız gəlib çatacaq məktəbimizə. “Məktəbimiz” sözünü ona görə deyirəm ki, doğma məktəbi unutmaq olmur, yaxşı müəllimləri yaddan çıxarmaq mümkün olmur. “On il” təlim-tərbiyə verən doğmalar əbədi doğmalardır sizə.

Nazim müəllim danışır, səsi titrəyir. Məzunların təlim-tərbiyəsi işində müəllimlərin əməyini qiymətləndirir…

Son zəng çalınır. Bu səsdə həyata çağırış, inam var. Arzu yollarının müşayiətçisidir bu zəng səsləri.

Bir vaxt burada əyləşən məzunlar balaca uşaqlardı, məktəbə tələsirdilər, indi isə həyat yollarına. Doğma məktəbdən ayrılır bu yollar. Bu kövrək yollar çox keçməyəcək birləşəcək, qovuşacaq…

A.Eminov

Şərhlər

Xəbər lenti

12 iyun, 17:59

Şəhid övladlarının “Məzun Günü” keçirilib

12 iyun, 17:59

Attestat üçün pul yığıldığına dair araşdırmanın nəticəsi açıqlanıb

12 iyun, 17:44

Sertifikatlaşdırma üzrə sınaq imtahanları ilə bağlı iddialara aydınlıq gətirildi

12 iyun, 17:38

Peşə tanınması üzrə növbəti imtahanın keçirilmə tarixi açıqlanıb

12 iyun, 17:31

Müəllimlərin sertifikatlaşdırma uğuru: Maksimum bal toplayanlar danışırlar

12 iyun, 17:27

Sertifikatlaşdırma barədə təlimat imtahanın vaxtına təsir edirmi? – AÇIQLAMA

12 iyun, 17:11

Sertifikatlaşdırma imtahanının sualları necə tərtib edilir?

12 iyun, 17:05

Elm və təhsil naziri "Huawei" şirkətinin rəhbər heyəti ilə görüşüb

12 iyun, 17:02

Sertifikatlaşdırma imtahanları 44 mərkəzdə keçiriləcək

12 iyun, 15:58

BMU-da Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

12 iyun, 15:56

Dövlət Proqramı çərçivəsində oxumaq istəyənlərin NƏZƏRİNƏ!

12 iyun, 15:30

Elə kənd məktəbləri var ki, orada tədris səviyyəsi yüksəkdir  - Məleykə Abbaszadə

12 iyun, 15:27

Zəngəzur məktəbləri – Qəzetimizin arxivindən

12 iyun, 15:26

Elnur Nəsibov: Müasir kitabxana olmasa, tələbə inkişafından söz gedə bilməz

12 iyun, 15:24

Fənn müsabiqələrinin yazı işlərinin yoxlanması prosesi başa çatıb

12 iyun, 15:21

Nazir müavini: Hər bir tələbə üçün informasiya resurslarına əlçatanlıq təmin olunub

12 iyun, 15:05

Stajsız da mümkündür: Naxçıvanda gənclər işlə təmin olunur - REPORTAJ

12 iyun, 14:56

İdmançımız Avropa çempionu oldu

12 iyun, 14:48

Azərbaycan və Çin elm, texnologiya, süni intellekt üzrə əməkdaşlığa dair sənədlər imzalayıb

12 iyun, 14:46

5 və 6 günlük məktəblərdə "Son zəng" nə zaman keçiriləcək? - AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.