Bütün xəbərlər
24 oktyabr, 12:13

Son dövrlər sosial media hesablarında ölkədən kənara çıxmadan əyani formada xaricdə magistratura səviyyəsi üzrə təhsil alına biləcəyi və sonda diplomların Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən rəsmi qaydada tanınacağı vədi verilir.

TKTA-dan məsələ ilə bağlı “Azərbaycan müəllimi”nə bildirilib ki, agentlik xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə və ya universitetlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

Xaricdə əldə olunmuş kvalifikasiyaların tanınması ilə bağlı icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” əsasında həyata keçirilir və Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.

“Xaricdə ali təhsil almaq istəyən vətəndaşları və onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırırıq”, - deyə açıqlamada qeyd olunub.

Şərhlər

Xəbər lenti

5 iyun, 23:01

ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək

5 iyun, 18:53

3 nəfərin imtahan nəticəsi ləğv olunub

5 iyun, 18:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

5 iyun, 18:43

Buraxılış imtahanının nəticələri elan olunub 

5 iyun, 17:40

Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib

5 iyun, 17:32

Ayla Həsənova: Uşaqlar tək deyil, onları sevən müəllimlər, dövlət və cəmiyyət var

5 iyun, 17:30

Peşə təhsilində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi gücləndirilir

5 iyun, 17:14

Yerli universitetlərə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 17:13

İmtahan zalının sükutu: “BilBacar” finalçılarının gərgin mübarizəsi

5 iyun, 16:47

Lütfi Zadə olimpiadasının final mərhələsinin nəticələri elan edilib

5 iyun, 16:36

Dünya çempionluğunda payı olan paytaxt müəllimi – VİDEO

5 iyun, 16:10

RFO qaliblərinin mükafatlandırılma mərasiminin tarixi dəyişdirilib

5 iyun, 15:46

“BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb

5 iyun, 15:25

Bəhruz Əzimov: Hər gün 100-ə yaxın tələbə kredit üçün müraciət edir – MÜSAHİBƏ

5 iyun, 15:11

Ölkədə süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib

5 iyun, 14:47

Tovuzda peşə təhsili ilə bağlı birinci regional forum keçirilib

5 iyun, 14:21

AzMİU-da şəhid məzunların övladları üçün xüsusi tədbir keçirilib

5 iyun, 14:01

UNEC-də beynəlxalq elmi konfransı keçiriləcək

5 iyun, 13:47

Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

5 iyun, 13:35

Fransız dili üzrə MİQ-də bu mövzulardan suallar düşəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.