Bütün xəbərlər
31 yanvar, 15:55

Alimlər süni intellektin insanlara xas supergücünü kəşf ediblər. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Stenford Universitetinin professoru Maykl Kosinski dil modelləri insan şüurunun bir növünü təqlid etdiyi ilə bağlı araşdırma aparıb.

Böyük Dil Modelləri (LLM) mətnləri analiz edib yeni sözlər proqnozlaşdıran süni intellekt sistemləridir. Onlar “transformator” adlanan neyron şəbəkə arxitekturasından istifadə edərək əlaqələri müəyyən edir. Şüur nəzəriyyəsi insanın başqalarının düşüncələrini və duyğularını anlama qabiliyyətini təsvir edir və sosial əlaqələrdə mühüm rol oynayır. Bu modellər mətn yaratmaqla yanaşı, psixoloji və məntiqi prosesləri də nəzərə almalıdır.

M.Kosinski dil modellərinin şüur və inancları başa düşməsini yoxlamaq üçün psixoloji testlərdən istifadə edib. Tapşırıqlarda modellər qəhrəmanın yanlış inanclarını düzgün proqnozlaşdırmağa çalışıb. İlk versiyalar buna tam cavab verməsə də, GPT-3 və ChatGPT-4 kimi daha inkişaf etmiş modellər uğurla bu tapşırıqları həll edib. ChatGPT-4, 75 faizlik müvəffəqiyyətlə mürəkkəb vəziyyətləri başa düşüb.

Bununla yanaşı, modelin 25 faizlik uğursuzluqları bəzi səhvlərin statistik qanunauyğunluqlardan qaynaqlandığını göstərir. Tədqiqatçı bu nəticələrin süni intellektin şüur anlayışına yaxınlaşdığını göstərsə də, hələ də məhdud olduğunu qeyd edir.

Araşdırmalar gələcəkdə dil modellərinin daha mürəkkəb ssenarilərdə nə qədər inkişaf edəcəyini və insanla süni intellektin idrak fərqlərini araşdırmağa yönələcəyini göstərir. Kosinski süni intellektin üstün qabiliyyətlərə sahib olmağına dair həyəcanlı və narahatedici bir dövrün yaxınlaşdığını vurğulayıb.

Şərhlər

Xəbər lenti

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 16:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 16:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 16:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 16:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

13 mart, 15:05

Ənənə və müasirliyi birləşdirən təhsil ocağı – Şəki məktəbindən REPORTAJ

13 mart, 14:45

Xankəndi şəhərində solo konsert keçirilib

13 mart, 13:58

34 ildən sonra – Xankəndi məktəbinin bir dərs günü  

13 mart, 13:40

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

13 mart, 12:32

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

13 mart, 11:55

Ben Sauter: Azərbaycanın ali təhsil sisteminin beynəlxalq məkanda tanınması artıb

13 mart, 11:43

İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin sayı açıqlanıb

13 mart, 11:38

ADNSU tələbələri üçün “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib

13 mart, 11:31

“Mədən sənayesində qadınların rolunun artırılması” mövzusunda seminar keçirilib

13 mart, 11:11

"Şagirdlərimin sevincini görəndə düşünürəm ki, müəllimlikdən gözəl peşə yoxdur" 

13 mart, 10:57

Nazir yüksək elmi nailiyyətləri olan alimlərlə görüşüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.