Bütün xəbərlər
17 fevral, 11:12

Balacalığından həyata, insanlara qarşı cəsarətli qadın obrazı yaratmaq istəyib. Özünü qadınlara yardım edəcək bir şəxsiyyət kimi xəyal edib: “Övladları arasında ayrı-seçkilik edən, “qız oxuya bilməz, oğlum oxusun”, - deyib qızları təhsilsiz, dəstəksiz qoyan ailələrin qızlarına yardım etmək istəyirəm. Rayonlarda, hətta harada yaşamağından asılı olmayaraq, bir çox ailələrdə bu münasibəti görmək mümkündür, mən qonum-qonşuda, qohum ailələrində çox rastlaşmışam”.

Qızlara dəstək olmağın xəyalı ilə böyüyən Alagöz Məmmədova bir qız üçün bu arzusunun nə demək olduğunu özü yaşayaraq görüb. Ailəsindən aldığı mənəvi, dövlətdən aldığı maddi dəstəklə - təhsil krediti ilə xəyallarına doğru sürətlə irəliləməyə başlayıb. Təhsil Tələbə Krediti Fondunun təhsilinə dəstək verdiyi yüzlərlə təhsilalandan biri də məhz o olub.

“Xarakterimə ən uyğun olan ixtisasa yiyələnəcəyimi düşünürdüm”

Alagöz Məmmədova orta təhsilini Zaqatala rayonu Əliabad qəsəbəsi Adil Məmmədov adına 1 nömrəli tam orta məktəbdə alıb. İndi isə tələbədir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Sənətşünaslıq” ixtisası üzrə təhsil alır: “İlk ixtisasım rejissor və ssenaristlik olub. Bu ixtisasa ADMİU nəzdində Humanitar kollecində yiyələnmişəm, hazırda isə universitetdə”.

Alagöz çarəsizliyi ən ağır şəkildə hiss etdiyini deyir: “Bəzən insan çox çarəsiz qalır və bu çarəsizlik çıxılmaz vəziyyətdəsən kimi hiss etdirir. Halbuki hər “çarəsiz” dediyimiz vəziyyətin bir çarəsi mütləq tapılır, sadəcə bir zamanı var”.

Dediyi çarəsizliklə yeniyetməlikdə üzləşib. Yeniyetməlik bitmədən arzularının ilk cəhddə gerçəkləşməyəcəyini, bəzi xəyallarının hətta heç reallaşmayacağını anlayıb: “Məktəbi qurtaranda çox böyük arzularım, hədəflərim vardı. Xarakterimə ən uyğun olan ixtisasa yiyələnəcəyimi düşünürdüm. Bildiyimi başqalarına öyrətməyi, bir mövzunu izah etməyi çox sevirəm. Müəllimlik arzumun reallaşması üçün də çox həvəslə hazırlaşırdım. Ancaq düşündüyüm kimi olmadı”.

“Uğursuzluq mənə çox təsir etmişdi”

COVID-19 bir çoxları kimi onun da planını alt-üst edib: “Çox hazırlaşmışdım, amma arzuladığım ali məktəbə daxil ola bilmədim. Pandemiya səbəbindən hər yer bağlandı. Dostlarımdan ayrılmaq məcburiyyətində qaldım”.

Beləcə, istədiyini həyat ona vermədiyi o gündən Alagöz böyüməyə başlayıb: “Təhsildə uğursuzluq mənə çox təsir etmişdi. Elə hər gün “Niyə mən?”, - deyib soruşurdum. Mənim üçün çox ağır olan həmin günlərdə yoluma işıq tutan valideynlərim oldu. Yenidən çalışdım, oxumağa başladım və növbəti il keçirilən ali məktəblərə qəbul imtahanlarında məni, sözün əsl mənasında, ifadə edən bir ixtisas üzrə ADMİU-nun kollecinə daxil oldum”.

“Arzunun reallaşmasının bir addımlığındasan, amma...”

Kolleci əla qiymətlərlə bitirən Alagöz Məmmədova deyir ki, dövlət imtahanında 100 bal toplayaraq universitetə müsabiqədənkənar qəbul olunmaq imkanı qazanıb: “Ən böyük arzum universitetə qəbul olmaq idi. Təsəvvür edin, arzunun reallaşmasının bir addımlığındasan, amma ona çata bilmirsən”.

Bu dəfə əsas maneə maddi problemlər idi. Atası II qrup əlil, anası evdar qadın olan Alagözün ailəsində yeganə qazanc gətirən qardaşı idi. Onun qazancı ilə ailəsi Alagözü oxutdura bilməyəcəkdi: “O günlərə qayıtmaq mənə indi də çox çətin gəlir. Həmin vaxtkı psixoloji durumumu, duyğularımı sözlə izah edə bilmirəm”.

Təhsil almaq arzusu çox güclü idi: “Təhsil almaq mənim üçün çox vacibdir. Təhsillə içində olduğum dünyadan çıxmaq, daha böyük aləmə ayaq açmaq, daha çox insana əlçatanlıq qazanmaq, özümü tapmaq, fikrimi daha böyük auditoriyaya çatdırmaq istəyirdim”.

Çarəsizlik içində olduğu bir vaxtda çıxış yolu tələbə yoldaşından gəlib: “Kollecdəki qrup yoldaşım mənə təhsil tələbə krediti barədə məlumat verdi. Təhsil göstəricilərim yüksək olduğundan Təhsil Tələbə Krediti Fonduna daha ürəkli müraciət etdim. Hərçənd göstəricilərimə ehtiyac qalmadı, çünki ilk semestr üçün orta müvəffəqiyyət göstəricisi tələb edilmir. Bir neçə gün içərisində təhsil krediti götürdüm və vəsait ADMİU-nun hesabına köçürüldü”.

Artıq II kurs tələbəsi olan Alagöz Məmmədova 3 semestrdir ki, Təhsil Tələbə Krediti Fondundan dəstək alır: “Bu, məncə, imkanı olmayan, amma oxumaq arzusunda olan bütün tələbələr üçün möhtəşəm fürsətdir. Fond oxumaq arzusunda olan tələblərin ümid işığına çevrilib”.

Şərhlər

Xəbər lenti

10 iyul, 21:34

SABAH qruplarına qəbulun formatı dəyişdirilir

10 iyul, 17:03

Elm və Təhsil Nazirliyi ilə G42 "Presight" şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub

10 iyul, 17:00

"Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbir keçirilib

10 iyul, 16:49

BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında memorandum imzalanıb

10 iyul, 16:11

Biologiya, fransız dili, fiziki tərbiyə, rus dili və fizika fənləri üzrə apellyasiya müraciətlərinə start verilib

10 iyul, 15:07

Böyük Britaniyanın professoru idman təbabətinə dair təlim keçib

10 iyul, 15:00

Nazir müavini Burkina Fasonun Türkiyədəki səfiri ilə görüşüb

10 iyul, 13:42

10 ildə müəllimlərin əməkhaqları 3 dəfə artıb

10 iyul, 13:28

Gələn tədris ilində müəllimlərin 45%-i 1000 manatdan çox maaş alacaq

10 iyul, 13:24

Emin Əmrullayev: Sertifikatlaşdırma peşəkar müəllim resursumuzu daha aydın görməyə imkan verir

10 iyul, 13:09

Riyaziyyat müəllimlərinin 47 faizinin maaşı 35 faiz artacaq

10 iyul, 12:19

İşğaldan azad olunmuş ərazilərdə yeni məktəblər açılacaq

10 iyul, 12:01

Özəl bağçalarda qrantla təhsil alan uşaqların sayı 5000 nəfərə çatdırılacaq

10 iyul, 11:59

40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna töhmət verilib

10 iyul, 11:51

Sertifikatlaşdırma imtahanının formatı dəyişdirilə bilər

10 iyul, 11:44

Nazir kimya müəllimlərinin narazılıqlarına münasibət bildirib

10 iyul, 11:39

“Rus bölmələrinin bağlanması gündəmdə deyil” – Emin Əmrullayev 

10 iyul, 11:17

1300-dən çox müəllim 2000 manat və daha artıq maaş alır

10 iyul, 11:13

Azərbaycan dili və ədəbiyyat imtahanındakı 3 sual qiymətləndirmədən çıxarılıb - Nazir

10 iyul, 11:12

Müəllimlərin ümumi dərs yükü artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.