Bütün xəbərlər
18 oktyabr, 13:32

Məlum olduğu kimi, 19-20 oktyabr tarixlərində ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə diaqnostik qiymətləndirmə keçiriləcək. Test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən 28 imtahan mərkəzində baş tutacaq və ümumilikdə 13 000-ə yaxın tərbiyəçi-müəllimin iştirakı gözlənilir.

"Azərbaycan müəllimi" bu qiymətləndirmə öncəsi bir qrup tərbiyəçi-müəllimlə söhbət edib.

“Diaqnostik qiymətləndirmə biz müəllimlər üçün olduqca vacibdir”

Sabah imtahana girəcək müəllimlərdən biri də 25 illik pedaqoji təcrübəsi olan İzzət Nəsirovadır. O, 1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqogika və psixologiya fakültəsini qırmızı diplomla bitirib:

“İlk fəaliyyətimə məktəbdənkənar təhsil müəssisəsində başlamışam, lakin uşaqlara olan sevgim məni körpələr evi-uşaq bağçasına gətirdi. 10 ildir ki, burada çalışıram və uşaqların erkən yaşlarında öyrəndiklərinin onların davranış və xarakterlərinə təsir etdiyini düşünürəm. Diaqnostik qiymətləndirmə biz müəllimlər üçün olduqca vacibdir”.

O, imtahanlara hazırlaşarkən biliklərinin yeniləndiyini vurğulayaraq qeyd edir: “Müasir metodlara əsaslanan məşğələlər daha interaktiv və hərəkətli olmalıdır. Bu, 20 il əvvəl oxuduğumuz nəzəriyyələrdən tamamilə fərqli bir yanaşmadır və uşaqların sosial-psixoloji və emosional inkişafına müsbət təsir göstərir. Mən də öz qruplarımda bu metodları tətbiq etməyə çalışıram. Bu imtahanlar bizi öz üzərimizdə işləməyə sövq edir, bu isə müsbət bir tendensiyadır.”

“Diaqnostik qiymətləndirmə ilə bağlı maarifləndirici görüşlər keçirilib”

Bakının Nizami rayonunda yerləşən 175 nömrəli körpələr evi-uşaq bağçasının metodisti Sevinc Behbudova bildirib ki, pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir:

“Pedaqoji heyətlə diaqnostik qiymətləndirmə ilə bağlı maarifləndirici görüşlər keçirilib. Tərbiyəçi-müəllimlərimiz onlayn formatda iki sınaq qiymətləndirmədə və seminarlarda iştirak edib. Həmçinin müəllimlər üçün yararlı olacaq ədəbiyyatlar təqdim edilib və onların təlim ehtiyaclarına uyğun dəstək göstərilib”.

Sevinc Behbudova əlavə edib ki, bağçada qeyri-ixtisas müəllimləri də fəaliyyət göstərir və onlar Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda birillik ixtisasdəyişmə kursu keçiblər.

Sabahkı imtahana artıq hazırdır.

175 nömrəli körpələr evi-uşaq bağçasında 10 ildir tərbiyəçi-müəllim kimi fəaliyyət göstərən Pərvinə Məmmədova da bildirib ki, bu müddət ərzində özünü inkişaf etdirmək üçün müxtəlif təlim və kurslarda iştirak edib. Sabahkı imtahana artıq hazır olduğunu qeyd edən Pərvinə Məmmədova, nəticəsinin yaxşı olacağına inandığını və onlayn sınaq imtahanında 49 bal topladığını vurğulayıb.

“Təcrübə artdıqca insan daha çox öyrənmək istəyir”

31 ildir həmin bağçada çalışan tərbiyəçi-loqoped Aidə Hacıyeva isə imtahana internet üzərindən yeni metodlar araşdıraraq hazırlaşdığını vurğulayıb:

“Təcrübə artdıqca insan daha çox öyrənmək istəyir. Qrupumda uşaqlarımın ən yaxşı, müasir metodlarla tədris almasını istəyirəm və onlara daha yaxşı öyrənmə mühiti yaratmağa çalışıram. İmtahana isə demək olar ki, kollektiv şəkildə hazırlaşmışıq. Onlayn sınaqlarda iştirak etmişik.  İmtahanda yoxlanılacaq meyarlara uyğun sual-cavab sessiyaları təşkil etmişik. Bu bizim öz təşəbbüsümüz idi və inanıram ki, nəticələrimiz də yaxşı olacaq”.

“10 ildir bu sahədə çalışıram” 

İxtisası ibtidai metodika olan Ülviyyə Məmmədova isə sonradan ixtisasartırma kursları ilə məktəbəqədər təhsildə ixtisaslaşdığını qeyd edir. O, imtahanlara təqdim olunan vəsaitlər əsasında hazırlaşdığını bildirir:

“10 ildir bu sahədə çalışıram. Uşaqları çox sevirəm və onlarla məşğul olmaqdan zövq alıram. Bu imtahan bizə gələcək sertifikasiya mərhələsinə hazırlaşmaqda kömək edəcək. Həmkarlarıma uğurlar arzulayıram”.

İmtahanlarda iştirak edəcək tərbiyəçi-müəllimlərin fikirlərindən göründüyü kimi, diaqnostik qiymətləndirmə onların peşəkar inkişafı üçün mühüm bir mərhələdir. Bu imtahanlar müəllimləri müasir metodlarla tanış edir, bilik və bacarıqlarını yeniləməyə sövq edir. Eyni zamanda, pedaqoji fəaliyyətin keyfiyyətini artırmaq və uşaqların təhsilinə müsbət təsir göstərmək baxımından əhəmiyyətli bir prosesdir. Təcrübə və yenilikləri bir araya gətirən bu qiymətləndirmə tərbiyəçi-müəllimlərin peşəkar inkişafını təmin etməklə yanaşı, təhsil sahəsində daha yüksək nəticələrin əldə edilməsinə də töhfə verəcək.

Şərhlər

Xəbər lenti

3 may, 21:42

Azərbaycan komandası TEKNOFEST-də birinci yer tutub

3 may, 21:32

"Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib

3 may, 12:40

ADPU-da süni intellekt mövzusunda beynəlxalq görüş keçirilib

3 may, 10:00

NDU-da “Tibb ixtisası” üzrə açılan SABAH qrupları gələcəyə nə vəd edir?

2 may, 20:20

Müəllimlik Peşəsi üzrə Beynəlxalq Sammit

2 may, 19:25

“Avropada məktəb direktorlarının, müəllimlərin əməkhaqları və müavinətləri 2022/2023”

2 may, 17:50

Elmi inteqrasiyanın yeni mərhələsi: Batabat Astrofizika Rəsədxanasının üstünlükləri və imkanları

2 may, 17:48

Tarix fənni üzrə RFO-nun final turunun ilkin nəticələri elan edildi

2 may, 17:31

6 apreldə keçirilmiş imtahanlarda 8 nəfərin nəticələri ləğv edilib

2 may, 17:20

Naxçıvana ilk medalı gətirən şagird – Süni intellektli robot da hazırlayıb

2 may, 17:16

Aprelin 6-da keçirilmiş imtahanların nəticələri açıqlandı

2 may, 17:03

“Müasir metodist” layihəsinin müsahibə mərhələsi davam edir

2 may, 16:59

“Məktəblinin hüquq bələdçisi” layihəsinə start verilir

2 may, 16:47

Tələbə qəbulu qaydalarında bəzi dəyişikliklər edilib

2 may, 16:43

“Şahin” hərbi idman oyunlarının zona mərhələsi keçirilir

2 may, 16:30

Qazaxıstanın "500 alim" layihəsi – Beynəlxalq təcrübə

2 may, 16:30

Suraxanı məktəbliləri “Ədibin Evi”ndə xalçaçılıq irsimizlə tanış olublar

2 may, 16:27

Narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirilib

2 may, 16:24

Ötən ay xaricdə təhsil alan 351 nəfərin diplomu tanınıb

2 may, 16:07

Tələbələr üçün 1500-dən çox iş və təcrübə imkanı – Kimlər yararlandılar?

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.