Bütün xəbərlər
30 aprel, 15:02

Beynəlxalq ali təhsil reytinq təşkilatı olan “Times Higher Education” (THE) Asiyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün reytinqini dərc edib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, 35 ölkə və bölgədən 853 universitetin 18 fərqli kateqoriyada araşdırma, tədris, bilik transferi və beynəlxalq əlaqələr üzrə  qiymətləndirilməklə hazırlanan reytinqdə Türkiyə universitetlərinin uğurları diqqət çəkib. 

Türkiyənin 4 universiteti ilk 100-lüyə daxil olmağı bacarıb. ODTÜ 72-ci, Sabancı Universiteti 74-cü, Qoç Universiteti 79-cu, İTİ 97-ci yerdə qərarlaşıb. 27 universitet isə ilk 500-lüyə daxil olmağa müvəffəq olub. Boğaziçi Universiteti 123-cü, Bilkənt Universiteti 158-ci sırada olmaqla top-200-ə daxil olub. Beləliklə, Türkiyədən cəmi 6 universitet ilk 200-lükdə öz yerini tapıb.

İlk 500-lükdə yer alan digər Türkiyə universitetləri və onların reytinqləri belədir:

201-250 qrupu: Hacettepe Universiteti, Özyeğin Universiteti, Yıldız Texniki Universiteti;
251-300 qrupu: Bahçeşehir Universiteti, Kadir Has Universiteti; 
301-350 qrupu: Çankaya Universiteti, Səlcuq Universiteti; 
351-400 qrupu: Akdeniz Universiteti, Atatürk Universiteti, Bartın Universiteti, İstanbul Cerrahpaşa Universiteti; 
401-500 qrupu: Anadolu Universiteti, Ege Universiteti, Erciyes Universiteti, Qazi Universiteti, Gebze Texniki Universiteti, İstanbul Universiteti, İstinye Universiteti, Necmettin Erbakan Universiteti, TOBB İqtisadiyyat və Texnologiya Universiteti, Yaşar Universiteti.
Reytinqdə cəmi 111 türk universiteti yer tapıb.

“Daha yüksək nöqtələrə çatacağıq”

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar xüsusilə son illərdə Türkiyə universitetlərinin artan uğurlarının beynəlxalq reytinqlərdə də özünü göstərdiyini bildirib və bundan məmnunluqlarını ifadə edib. Türkiyə universitetlərinin potensialının daha da yüksək olduğunu vurğulayan E.Özvar xüsusilə qeyd edib: “Beynəlmiləlləşməyə, akademik məhsuldarlığa və tədqiqatların keyfiyyətinə diqqət yetirməklə beynəlxalq reytinqlərdə daha çox universitetlə təmsil olunacağımıza və daha yüksək nöqtələrə çatacağımıza inanıram”.

Şərhlər

Xəbər lenti

14 oktyabr, 09:43

Şuşa məktəbliləri SAF 2025-in finalında iştirak edəcəklər

14 oktyabr, 09:10

Müəllimlərimizin 80 faizi peşəkar inkişafı dəstəkləyir – HESABAT

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.