Bütün xəbərlər
23 iyun, 10:50

Azərbaycan və Türkiyə arasında 19 fevral 2021-ci il tarixində Ankara şəhərində imzalanmış Peşə Təhsili Sahəsində Əməkdaşlığa dair Protokol çərçivəsində iki qardaş ölkə arasında tərəfdaşlıq münasibətləri davamlı şəkildə inkişaf etdirilir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, əməkdaşlıq çərçivəsində indiyədək 150-yə yaxın pedaqoji heyət nümayəndəsi Türkiyənin Ankara, Antalya, Bursa, İzmir və İstanbul şəhərlərində fəaliyyət göstərən peşə təhsili müəssisələrində təşkil edilən təlim proqramlarında iştirak edib. Təlimlər zamanı müəllim və mütəxəssislər arasında bilik və bacarıqların qarşılıqlı ötürülməsi, metodoloji yanaşmaların müqayisəsi və qarşılıqlı öyrənməyə əsaslanan peşəkar təcrübə mübadiləsi həyata keçirilib.

Bu əməkdaşlığın davamı olaraq, Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Peşə və Texniki Təhsil Baş İdarəsinin müdiri Salih Kaygusuzun rəhbərlik etdiyi nümayəndə heyəti 15–18 iyun 2025-ci il tarixlərində Azərbaycanda səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyəti Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunmuş görüşlərdə iştirak edib, təhsil müəssisələrinin maddi-texniki bazası, tədris avadanlıqları və infrastruktur imkanları ilə yaxından tanış olub. Daha sonra Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Azərbaycan və Türkiyənin peşə təhsili sistemlərinin qarşılıqlı təcrübə mübadiləsi” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsilində beynəlxalq təcrübəyə əsaslanan metodlardan istifadə olunduğunu vurğulayıb. O, iki ölkə arasında qarşılıqlı öyrənməyə əsaslanan birgə dərslərin təşkili, ortaq təhsil müəssisələrinin yaradılması imkanlarından bəhs edib. Ceyhun Kərəmov, həmçinin, Türkiyədə hazırlanmış müxtəlif ixtisaslar üzrə 47 adda dərsliyin Azərbaycan dilinə uyğunlaşdırılması istiqamətində görülən işləri də xüsusi qeyd edib.

Tədbirdə çıxış edən Salih Kaygusuz əməkdaşlığın yalnız təlim proqramları ilə məhdudlaşmadığını, müəllim hazırlığı, pedaqoji ünsiyyət və “Qardaş məktəb” layihələri çərçivəsində də inkişaf etdiyini bildirib. O, Azərbaycanda Türkiyə modeli əsasında fəaliyyət göstərəcək iki pilot peşə liseyinin yaradılması üzrə işlərin davam etdiyini diqqətə çatdırıb.

Görüşlərdə tərəflər arasında gələcək əməkdaşlığın təhsilverənlərin Türkiyədə təlimlərinin davam etdirilməsi,  Türkiyəli təhsilverənlərin və idarəedicilərin Azərbaycanın peşə təhsil müəssisələrinə mübadilə səfərlərinin təşkili, qardaşlaşmış müəssisələrin fəaliyyətinin sistemləşdirilməsi, qısamüddətli tələbə mübadilə proqramlarının həyata keçirilməsi, Türkiyə təcrübəsi əsasında birgə tədqiqat və inkişaf mərkəzlərinin qurulması barədə razılığa gəlinib.

Şərhlər

Xəbər lenti

23 iyun, 15:45

“Ana dilini tədris etmək həm də azərbaycançılıq ideyasını aşılamaqdır” – MÜSAHİBƏ

23 iyun, 15:40

“Azərbaycan məktəbi” jurnalının 2025-ci il üçün 2-ci sayı işıq üzü görüb

23 iyun, 15:17

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

23 iyun, 15:12

Elnur Nəsibov: Qızların təhsili ilə bağlı layihələr çərçivəsində 350-yə yaxın gənc təqaüd alır

23 iyun, 15:05

Bakıda təmir olunan təhsil müəssisələrinin sayı açıqlanıb

23 iyun, 15:01

Konya Texniki Universitetinin rektoru AzMİU-da olub

23 iyun, 14:30

Geomaqnit qasırğası gözlənilir

23 iyun, 14:20

Hər bir ali məktəb təqaüd proqramı ilə bağlı təşəbbüs göstərə bilər - Nazir

23 iyun, 14:15

Gəncə UGİŞM-in yetirməsi Avropa çempionatında gümüş medal qazanıb

23 iyun, 14:05

Emin Əmrullayev: İctimai təşəbbüslər beynəlxalq reytinqlərdə yüksəlmə üçün vacibdir

23 iyun, 13:50

Nazir: Qızların təhsilinə dəstək ölkənin inkişafı üçün strateji əhəmiyyət daşıyır

23 iyun, 13:26

Bahar Muradova: “Gənc qızların təhsilinə dəstək” layihəsi yüzlərlə gənc üçün yeni imkanlar açır

23 iyun, 12:52

Xaricidə ali təhsil alan 61 nəfər peşə tanınması üzrə imtahandan uğurla keçib

23 iyun, 12:42

Sabaha olan hava proqnozu açıqlanıb

23 iyun, 12:35

Azərbaycanda elmi kadr hazırlığı artır – Qadınların payı 50%-i keçib

23 iyun, 11:42

Bakıda məktəbi fərqlənmə attestatı ilə bitirənlərin sayı açıqlanıb

23 iyun, 11:15

Rayon birinciləri, respublika uğurları: Göyçay məktəbinin uğur modeli

23 iyun, 10:29

Elm və təhsil nazirinin Daşkəsəndəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

23 iyun, 10:15

QS reytinqi: Universitetlərimizin uğur formulu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.