Bütün xəbərlər
5 noyabr, 14:41

Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin təşkilatçılığı ilə "Orta ixtisas təhsili pilləsində tədrisin təşkili: normativlər və cari vəziyyət" adlı tədbirlər keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirin açılışında çıxış edən Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman hazırda orta ixtisas təhsili müəssisələrinin optimallaşdırılması istiqamətində tədbirlərin aparıldığını iştirakçıların diqqətinə çatdırıb, eyni zamanda subbakalavr dərəcəsi almış şəxslərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin zəruriliyini vurğulayıb.

Daha sonra Elm və ali təhsil siyasəti şöbəsinin baş məsləhətçisi Vüsalə Qurbanova “Professor-müəllim heyətinin tədris işi vaxtı norması” haqqında təqdimatla çıxış edib. O, normalara edilən əlavə və dəyişiklikləri orta ixtisas təhsili müəssisələrinin məsul şəxslərinin diqqətinə çatdırıb. Saat bölgüsünün beynəlxalq və qabaqcıl təcrübələrə əsasən tərtib edildiyini bildirən V.Qurbanova yeni normaların tədrisin daha effektiv təşkilinə töhfə verəcəyini qeyd edib.
Tədbirin davamında orta ixtisas təhsili pilləsində tədrisin təşkili ilə bağlı müzakirələr aparılıb aparılıb, Elm və ali təhsil siyasəti şöbəsinin əməkdaşları iştirakçıların suallarını cavablandırılıblar.

Günün ikinci yarısında paralel olaraq pedaqoji ixtisaslar üzrə kadr hazırlığı aparan ali təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə təcrübənin təşkilinə dair panel müzakirəsi də aparılmışdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov pedaqoji ixtisaslar üzrə təcrübənin təşkili mövzusunda ADPU-nun yeni yanaşmasını panel iştirakçılarının diqqətinə çatdırmışdır. Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, təklif olunan yeni təcrübə modelinə dair universitetlər təkliflərini bildiriblər.

Şərhlər

Xəbər lenti

5 iyun, 23:21

İrpen Humanitar Xarici Dillər Liseyinin əməkdaşları Naxçıvanda olublar

5 iyun, 23:14

“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” uğurla başa çatıb

5 iyun, 23:01

ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək

5 iyun, 18:53

3 nəfərin imtahan nəticəsi ləğv olunub

5 iyun, 18:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

5 iyun, 18:43

Buraxılış imtahanının nəticələri elan olunub 

5 iyun, 17:40

Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib

5 iyun, 17:32

Ayla Həsənova: Uşaqlar tək deyil, onları sevən müəllimlər, dövlət və cəmiyyət var

5 iyun, 17:30

Peşə təhsilində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi gücləndirilir

5 iyun, 17:14

Yerli universitetlərə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 17:13

İmtahan zalının sükutu: “BilBacar” finalçılarının gərgin mübarizəsi

5 iyun, 16:47

Lütfi Zadə olimpiadasının final mərhələsinin nəticələri elan edilib

5 iyun, 16:36

Dünya çempionluğunda payı olan paytaxt müəllimi – VİDEO

5 iyun, 16:10

RFO qaliblərinin mükafatlandırılma mərasiminin tarixi dəyişdirilib

5 iyun, 15:46

“BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb

5 iyun, 15:25

Bəhruz Əzimov: Hər gün 100-ə yaxın tələbə kredit üçün müraciət edir – MÜSAHİBƏ

5 iyun, 15:11

Ölkədə süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib

5 iyun, 14:47

Tovuzda peşə təhsili ilə bağlı birinci regional forum keçirilib

5 iyun, 14:21

AzMİU-da şəhid məzunların övladları üçün xüsusi tədbir keçirilib

5 iyun, 14:01

UNEC-də beynəlxalq elmi konfransı keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.