Bütün xəbərlər
26 aprel, 13:41

Aprelin 24-də Azərbaycan-Fransız Universitetində (UFAZ) TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, infosessiyanın keçirilməsində əsas məqsəd tələbələri TələbəPlus kartı və onun təqdim etdiyi imkanlar barədə daha ətraflı məlumatlandırmaq, onların suallarını cavablandırmaq olub. Tədbir zamanı tələbələrə kartın qazandırdığı üstünlüklər, əməkdaşlıq edilən şirkətlərdə mövcud endirimlər barəsində məlumat verilib.

Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi Aysel Məhərrəmova təqdimatla çıxış edərək TələbəPlus layihəsinin məqsədləri, tələbələr üçün yaradılan imkanlar barəsində məlumat verib. Layihənin gələcək perspektivlərinə də toxunan Aysel Məhərrəmova, yaxın gələcəkdə yeni tərəfdaşlarla əməkdaşlıqların qurulacağı və endirim şəbəkəsinin daha da genişlənəcəyini bildirib. Aysel Məhərrəmova çıxışının sonunda TələbəPlus kartının tələbələrə xüsusi imtiyazlar təqdim etməklə yanaşı, onların gündəlik həyatlarını daha rahat və rəqəmsal bir müstəviyə keçirəcəyini,  gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti yaradılacağını diqqətə çatdırıb.

“Barattson Business & Finance School”un IELTS imtahanları üzrə supervayzeri Cavid İbadzadə tələbələrə “Barratson”un fəaliyyəti, IELTS imtahanlarının növləri və xaricdə təhsil üçün önəmi haqqında ətraflı məlumat verib. “Barattson Business & Finance School”un IELTS sınaq test bölməsinin əməkdaşı Nərmin Abdullayeva imtahandan əvvəl sınaq imtahanlarına qatılmağın əhəmiyyətini xüsusi olaraq vurğulayaraq, TələbəPlus ilə əməkdaşlıq çərçivəsində, tələbələrə müvafiq endirimin təklif olunduğunu qeyd edib.

Çıxış edən “Bakcell”in layihə inkişafı üzrə mütəxəssisi Hacı Qafarov, tələbələrə bir müddət öncə TİF ilə Bakcell arasında TələbəPlus kartı ilə bağlı əməkdaşlıq müqaviləsinin imzalandığını bildirib. Əməkdaşlıq çərçivəsində TələbəPlus kart istifadəçilərinə hər ay 5 GB əlavə internet bonusunun təqdim edildiyini bildirən Hacı Qafarov, bu təşəbbüsün onların təhsil prosesində daha rahat və sərbəst şəkildə onlayn resurslardan istifadə etməsinə imkan yaradacağını vurğulayıb.

Çıxışların sonunda sual-cavab sessiyası təşlkil olunub. Təhsilin İnkişafı Fondunun nümayəndələri Aysel Məhərrəmova və Vəli Babayev tələbələrin suallarını ətraflı cavablandırıblar.

Qeyd edək ki, “TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihənin məqsədi tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların tələbəlik dövründən maliyyə əlçatanlığını təmin etmək, gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.

1 /5

Şərhlər

Xəbər lenti

26 aprel, 20:50

“Yüksəliş” müsabiqəsi çərçivəsində beşinci dəfə intellektual yarış keçirilib

26 aprel, 17:06

Goranboy məktəbində yayılan video ilə bağlı araşdırma başladı

26 aprel, 16:40

Nazirlik bağçalarda boş yerlərin sayını açıqlayıb

26 aprel, 15:51

Mir Cəlal Paşayev : “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”

26 aprel, 13:36

BANM tələbələrinin startapı 25 min avro investisiya əldə etdi

26 aprel, 11:25

Emosional vəziyyət imtahan nəticəsinə təsir edir

26 aprel, 09:00

Mir Cəlal Paşayevin Azərbaycan müəllimlərinin IV qurultayında çıxışı – QƏZETİN ARXİVİNDƏN

25 aprel, 17:47

NDU-da akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib

25 aprel, 17:38

ADPU-da “Azərbaycan xeyriyyəçilik tarixinin Musa Nağıyev səhifəsi” mövzusunda tədbir keçirilib

25 aprel, 17:32

Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək – SƏRƏNCAM

25 aprel, 17:30

ADPU-da ötən il 47 elmi-tədqiqat işi tədrisdə tətbiq hüququ qazanıb

25 aprel, 17:18

“4Sİ Akademiyası – Milli Proqram”a qeydiyyat davam edir

25 aprel, 17:15

Fiziki tərbiyə fənn kurikulumunun müzakirəsi təşkil edilib

25 aprel, 17:12

Yağmurlu hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

25 aprel, 16:59

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

25 aprel, 16:33

AzMİU-da “Dizayn Həftəsi” başa çatdı

25 aprel, 16:30

Regional Kollecdə rəhbər vəzifələrə yeni təyinatlar olub

25 aprel, 15:53

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

25 aprel, 15:51

14-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələri açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.