Bütün xəbərlər
25 aprel, 16:33

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təşkil olunan ilk “Dizayn Həftəsi” beş gün davam edən intensiv və faydalı tədbirlər silsiləsi ilə başa çatıb. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbir universitetin 50 illik yubileyi və Dizayn fakültəsinin yaranmasının birinci ildönümü münasibətilə təşkil olunub. Bu möhtəşəm həftə tələbələr və sahə üzrə mütəxəssislər üçün yaradıcılıq və peşəkarlığı bir araya gətirən məhsuldar bir platforma rolunu oynayıb.

Bağlanış mərasimində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud və Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədov və digər qonaqlar, universitetin professor-müəllim heyəti iştirak ediblər. 

Dizayn fakültəsinin dekanı dosent Fərid Kərimov mərasimi açıq elan edərək gələn qonaqları salamlayıb. Fakültənin yaranma tarixindən, keçdiyi inkişaf yolundan və bir il ərzində əldə etdiyi uğurlardan söhbət açıb. 

Sonra söz  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmuda və Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədova verilib. Qonaqlar çıxışlarında dizayn sahəsində peşəkar gənclərə olan ehtiyacı vurğulayaraq AzMİU-nun bu istiqamətdəki təşəbbüslərini yüksək qiymətləndiriblər.

Mərasimin sonunda Dizayn fakültəsinin yaradılmasında əməyi keçən bir neçə şəxsə təşəkkürnamələr təqdim olunub. Mərasim çərçivəsində fakültənin tələbələrinin əl işlərindən ibarət satış sərgisi təşkil olunub. Əl işlərinin böyük əksəriyyəti hərrac vasitəsilə satılıb, bu da tələbələrin yaradıcılıq işlərinə olan marağın və dizayn məhsullarının bazar dəyərinin yüksək olduğunu bir daha nümayiş etdirib.

Həftə boyunca universitetdə bir sıra maraqlı və faydalı tədbirlər həyata keçirilib. Tələbələrin əl işlərindən ibarət sərgilər, ustad dərsləri, interaktiv təqdimatlar, “Açıq Qapı Günü” və panel müzakirələr “Dizayn Həftəsi”nin əsas istiqamətlərini təşkil edib.

Ustad dərsləri çərçivəsində fotoqrafiyanın dizayn sahəsindəki rolu, yaşıl dizayn və maketləşdirmə prinsipləri, kiçik ölçülü mebel avadanlıqlarının tətbiqi kimi aktual mövzularda peşəkar təqdimatlar keçirilib. “Açıq Qapı Günü” tədbirində isə abituriyentlər və valideynlər, universitetin dizayn fakültəsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Tədbirin son günlərindən birində təşkil olunan “Təhsildə süni intellekt alətlərindən istifadə” mövzusundakı panel müzakirəsi isə innovativ yanaşmalar və gələcəyə dair baxışlarla diqqət çəkib. Paneldə süni intellektin dizayn təhsilindəki tətbiqi, bu sahədə mövcud imkanlar və perspektivlər geniş şəkildə müzakirə olunub.

AzMİU-da ilk dəfə keçirilən “Dizayn Həftəsi” universitetin yaradıcılıq potensialını, tələbələrin bacarıq və təşəbbüskarlığını üzə çıxarmaqla yanaşı, ölkədə dizayn təhsilinin inkişafına yeni bir nəfəs gətirib. Bu cür tədbirlər, gələcəkdə dizayn sahəsinin peşəkarlarını yetişdirmək və bu sahənin inkişafına töhfə vermək məqsədini daşıyır.

1 /8

Şərhlər

Xəbər lenti

26 aprel, 09:00

Mir Cəlal Paşayevin Azərbaycan müəllimlərinin IV qurultayında çıxışı – QƏZETİN ARXİVİNDƏN

25 aprel, 17:47

NDU-da akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib

25 aprel, 17:38

ADPU-da “Azərbaycan xeyriyyəçilik tarixinin Musa Nağıyev səhifəsi” mövzusunda tədbir keçirilib

25 aprel, 17:32

Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək – SƏRƏNCAM

25 aprel, 17:30

ADPU-da ötən il 47 elmi-tədqiqat işi tədrisdə tətbiq hüququ qazanıb

25 aprel, 17:18

“4Sİ Akademiyası – Milli Proqram”a qeydiyyat davam edir

25 aprel, 17:15

Fiziki tərbiyə fənn kurikulumunun müzakirəsi təşkil edilib

25 aprel, 17:12

Yağmurlu hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

25 aprel, 16:59

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

25 aprel, 16:30

Regional Kollecdə rəhbər vəzifələrə yeni təyinatlar olub

25 aprel, 15:53

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

25 aprel, 15:51

14-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələri açıqlanıb

25 aprel, 15:50

Naxçıvan məktəbliləri “Məktəblilərarası Milli Hakaton” müsabiqəsinə qatılıblar

25 aprel, 15:40

TKTA: 26 peşə üzrə yeni imtahan sualları hazırlanır

25 aprel, 15:32

Ukraynada hüquq təhsili alanların 94%-nin sənədi tanınmayıb

25 aprel, 15:30

İşə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilib

25 aprel, 15:28

Fond sədri universitetlərdə Məşvərət şuralarının yaradılmasını təklif edib

25 aprel, 15:15

“Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi və mədəni əsasları” mövzusunda konfrans keçirilib

25 aprel, 15:00

ADAU-nun İşçi Qrupu: Üç ixtisasın təhsil proqramı ilk dəfə hazırlanır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.