Bütün xəbərlər
25 aprel, 15:32

Yanvarın 30-da Dövlət İmtahan Mərkəzi tərəfindən elektron qaydada keçirilən növbəti imtahanda iştirak üçün 268 nəfər qeydiyyatdan keçib və onların 241-i imtahanda iştirak edib. 19 ixtisas üzrə ümumi müvəffəqiyyət göstəricisi 50% (120 nəfər) təşkil edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) “2025-ci ilin I rübü üzrə elektron bülleten”ində məlumat verilib.

Bülletendə bildirilib ki, ixtisaslar üzrə imtahanda iştirak edən və keçid balını toplayan namizədlərin statistikası nəzərdən keçirildikdə müraciət sayına görə ən çox imtina cavabı “Hüquqşünaslıq” ixtisası üzrə qeydə alınıb.

Belə ki, “Hüquqşünaslıq” ixtisası üzrə imtahanda iştirak edən 113 nəfərin  yalnız 15-i uğurlu nəticə əldə edib. Uğursuz nəticə göstərən namizədlər əsasən iki ölkənin ali təhsil müəssisələrinin məzunlarıdır.

Ukrayna ali təhsil müəssisələrindən əldə edilmiş “Hüquqşünaslıq” ixtisası üzrə kvalifikasiyalarla peşə tanınması üçün müraciət edən namizədlərin 94%-i, Rusiya ali təhsil müəssisələrinin məzunlarının isə 84%-i imtahanda uğur qazana bilməyib.

Başqa sözlə, Ukrayna ali məktəblərindən “Hüquqşünaslıq” ixtisası üzrə diplom alaraq peşə tanınması imtahanında iştirak edən 64 nəfərin yalnız 4-ü, Rusiyadan isə 38 iştirakçının yalnız 6-sı təqdim olunan 30 sualdan 15 və daha çoxuna düzgün cavab verə bilib.

Şərhlər

Xəbər lenti

26 aprel, 09:00

Mir Cəlal Paşayevin Azərbaycan müəllimlərinin IV qurultayında çıxışı – QƏZETİN ARXİVİNDƏN

25 aprel, 17:47

NDU-da akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib

25 aprel, 17:38

ADPU-da “Azərbaycan xeyriyyəçilik tarixinin Musa Nağıyev səhifəsi” mövzusunda tədbir keçirilib

25 aprel, 17:32

Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək – SƏRƏNCAM

25 aprel, 17:30

ADPU-da ötən il 47 elmi-tədqiqat işi tədrisdə tətbiq hüququ qazanıb

25 aprel, 17:18

“4Sİ Akademiyası – Milli Proqram”a qeydiyyat davam edir

25 aprel, 17:15

Fiziki tərbiyə fənn kurikulumunun müzakirəsi təşkil edilib

25 aprel, 17:12

Yağmurlu hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

25 aprel, 16:59

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

25 aprel, 16:33

AzMİU-da “Dizayn Həftəsi” başa çatdı

25 aprel, 16:30

Regional Kollecdə rəhbər vəzifələrə yeni təyinatlar olub

25 aprel, 15:53

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

25 aprel, 15:51

14-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələri açıqlanıb

25 aprel, 15:50

Naxçıvan məktəbliləri “Məktəblilərarası Milli Hakaton” müsabiqəsinə qatılıblar

25 aprel, 15:40

TKTA: 26 peşə üzrə yeni imtahan sualları hazırlanır

25 aprel, 15:30

İşə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilib

25 aprel, 15:28

Fond sədri universitetlərdə Məşvərət şuralarının yaradılmasını təklif edib

25 aprel, 15:15

“Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi və mədəni əsasları” mövzusunda konfrans keçirilib

25 aprel, 15:00

ADAU-nun İşçi Qrupu: Üç ixtisasın təhsil proqramı ilk dəfə hazırlanır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.