Bütün xəbərlər
25 aprel, 15:28

“Dövlət-sənaye-universitet əməkdaşlığına həsr olunmuş tədbirin məhz ali təhsil müəssisəsində keçirilməsi çox məntiqli və düzgündür. Çünki bu yalnız tələbənin istehsalat sahəsinə getməsi deyil, eyni zamanda özəl, sənaye sektorunun akademik sahəyə daxil olmasıdır. Çünki 21-ci əsrdə universitetlərin əsas funksiyası əsasən klassik təlim, tədris və tədqiqatları əhatə edirdisə, bu gün artıq bu funksiyalar arasında müəyyən dəyişikliklər var. Universitetlər daha çox sahibkarlıq, daha çox innovativ araşdırmalara diqqət yetirir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov ADNSU-da “Dövlət-sənaye-universitet əməkdaşlıq modeli – innovativ inkişafın drayveri kimi” mövzusunda keçirilən panel sessiyada çıxışında bildirib. 

Ali təhsil müəssisələrinin tədqiqatçılıq fəaliyyətinin güclənməsinin zəruriliyinə toxunan E.Nəsibov qeyd edib ki, pandemiya dövründə ən vacib antivirus vasitələrinin tapılmasında universitetlərin çox böyük rol oynadığını gördük. Universitetlərin bəşəriyyətin həyatına çox müsbət təsiri oldu və bu davam etməkdədir:

“Dövlət əvvəllər daha çox tənzimləyici rolunda çıxış edirdisə, indi biz daha çox texnoparkların yaradılmasında sərmayəçi kimi çıxış etməsini müşahidə edirik. Özəl sektor əvvəllər yalnız mal, məhsul, xidmətlər istehsal edirdisə, indi biz daha çox onların tədqiqatlara vəsait ayırmasının şahidi oluruq. Məsələn, 2023-cü ilin məlumatına əsasən "Microsoft" şirkəti 1775 elmi məqaləni universitetlərlə birlikdə hazırlayıb. Yəni, universitetlərin, akademik və sənayenin birgə əməkdaşlığında çox böyük dəyər var, çünki təcrübədə olan problemlərin həlli üzrə onlar təkliflər təqdim edir və layihələr həyata keçirirlər”. 

Universitetlərin cəmiyyət həyatında, iqtisadiyyatda rolunun artdığını, bunun da çox təqdirəlayiq hal olduğunu vurğulayan E.Nəsibov Təhsilin İnkişafı Fondunun ölkəmizdə fəaliyyət göstərən iri şirkətlərlə sıx əməkdaşlıq etdiyini bildirib: 

“Tələbələr və məzunlar üçün xüsusən mühəndislik, informasiya texnologiyaları, daha çox tələbat olan texniki sahələrdə müxtəlif təlim təcrübə proqramları var. Çalışırıq ki, tələbələrimiz III-IV kurslardan bu sahədə təcrübə əldə etsinlər. Əminəm ki, ADNSU ilə də bu sahədə çox maraqlı işlər görə biləcəyik. Əlbəttə ki, bunun əhəmiyyətindən danışmaqla bitməz. Çünki tələbələr universitetlərdə aldıqları nəzəri biliklərin təcrübədə tətbiqini öyrənir, daha peşəkar, daha təcrübəli mentorlar, mühəndislərlə eyni zamanda peşəkar bacarıqlara yiyələnirlər. Vaxtı qiymətləndirmək, liderlik, ünsiyyət, müəyyən dərəcədə iş prosesini başa düşmək, onun icra olunması kimi təcrübələr qazanırlar. Düşünürəm ki, iri şirkətlərdə təcrübə keçməsi onların gələcəkdə həmin yerlərdə işlə təmin olunmasına da gətirib çıxara bilər”. 

E.Nəsibov qeyd edib ki, ali təhsil sahəsi sürətlə inkişaf edir, universitetlərin maddi-texniki infrastrukturu inkişaf edir:

“Düşünürəm ki, sənaye müəssisələri, məsələn, SOCAR və digər şirkətlərin infrastruktur bazası imkan verir ki, tələbələr daha yeni innovativ təcrübə və avadanlıqlarla, texnologiyalarla tanış olsunlar. Universitetlərin sənaye ilə əməkdaşlığı yalnız təcrübə və öyrənmə ilə kifayətlənməməlidir, öyrənmə prosesinin bütün sahələrində, universitetlərin idarə olunmasında sənayenin iştirakı çox vacibdir. Məsələn, Amerika və bir sıra Avropa ölkələrində, qardaş Türkiyədə olduğu kimi universitetlərdə Məşvərət şuraları yaradıla bilər və həmin himayadarlar və ya məşvərət Şuralarında həmin şirkətlərin nümayəndələri mütəmadi olaraq iştirak edə bilər, həmin ixtisaslar, məsələn, mühəndislik, neft qazma və məsələlərlə bağlı, həmin o layihələrin istiqamətləndirilməsi, eləcə də proqramların, kurikulumların hazırlanmasında, yenilənməsində onların böyük rolu var. Düşünürəm ki, bu 360 dərəcəni tamamlayaraq biz təcrübənin istehsalata daha uğurlu olmasına şahid ola bilərik”.

Fond rəhbəri əlavə edib ki, universitetlərin rolu artıq tədqiqat vasitəsilə özünü göstərir:

“Hesab edirəm ki, tədqiqatlar sənaye ilə birlikdə həyata keçiriləndə, əlavə dəyər qazandıqda daha səmərəli olur. Sənaye ilə birlikdə həyata keçirilən konkret bir problemin həlli sənayedə, istehsalatda olan problemin həllinə yönəlmiş, tələbənin də, müəllimlərin də eyni zamanda mühəndislərin də cəlb olunduğu birgə tədqiqat layihələri ola bilər. Və bu artıq dünyada universitetlər üçün çox böyük tələbdir. Dünyada top-200-ə daxil olan universitetlərin hər bir akademik heyətinə görə gəlirliyi 40 min dolları keçir. Yəni hər bir akademik heyət tədqiqatçı sayına görə universitet, məsələn, Oksford Universitetində bu rəqəm hər bir tədqiqatçıya görə ildə 60 min dollar vəsait gəlir gətirir. Biz bu cür indikatorları özümüz qarşısında tələblər kimi qoyduqda istər-istəməz biz sənaye ilə universitetlərin əməkdaşlığını daha da sıxlaşdıracağıq və bundan da qazanan yalnız müəllimlərimiz, elmimiz, təhsilimiz ola bilər. Bu mənada bizim həm “Zərif mühəndislər”, həm “Parla” layihələrimiz və digər layihələrimiz var. Biz indi Qarabağ Universiteti ilə bağlı da bir sıra layihələr həyata keçirməyə çalışacağıq. Əsas məqsəd istehsalat təcrübəsində həmin o innovasiyaların tələbələrimizə çatdırılması, texnologiyalarla düzgün rəftar etmək, istehsalatda baş verən yeniliklərlə daha yaxından tanış olmaqdan ibarətdir”.
 
Tələbələrin təcrübə proqramlarına cəlb olunması barədə danışan Fondun rəhbəri qeyd edib ki, hazırda 200-250 tələbə bizim təcrübə proqramlarımızda iştirak edir:

“Elm və Təhsil Nazirliyinin “Maarifçi” proqramının da Təhsilin İnkişafı Fondu tərəfindən dəstəkləndiyini nəzərə alsaq, təxminən 400-500-ə yaxın tələbəmiz bizim həyata keçirdiyimiz təcrübə proqramlarından istifadə edir. Öncə onların gələcəkdə həmin o potensial işəgötürənlər tərəfindən özləri maraqlı olurlar ki, onlar peşəkar bacarıqlarına sərmayə qoysunlar. Çünki ən yaxşı tələbələri seçilir, onlar SOCAR, “Neqsol”, STP kimi böyük holdinqlərə gedirlər və onların gələcəkdə işəgötürən tərəfindən verilmiş çox yaxşı potensialı olur. Ona görə də bütün bu ixtisaslar üzrə həm sərt bacarıqlar, həm yumşaq bacarıqlar üzrə biz əvvəlcədən razılaşdırılmamış bir sərmayə proqramlarının şahidi oluruq. Sonradan onların demək olar ki ,80 faizi həmin proqramlarda iştirak edən tələbələri işəgötürənlər tərəfindən işə cəlb olunur. Bu bu da çox gözəl göstəricidir. Eyni zamanda innovasiya və texnologiyalarla tanışlıq baxımından tələbələr üçün böyük bir üstünlük var. Universitetlərdə eyni zamanda işəgötürən şirkətlərlə, sənayenin elə bir yanaşmasının şahidi də oluruq ki, artıq 10-15 il orada çalışan mühəndisin, müsahibin, insan resurslarının universitetlərlə ömür boyu təhsil mexanizmi vasitəsilə bəhrələnməyə çalışırlar".

Şərhlər

Xəbər lenti

26 aprel, 09:00

Mir Cəlal Paşayevin Azərbaycan müəllimlərinin IV qurultayında çıxışı – QƏZETİN ARXİVİNDƏN

25 aprel, 17:47

NDU-da akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib

25 aprel, 17:38

ADPU-da “Azərbaycan xeyriyyəçilik tarixinin Musa Nağıyev səhifəsi” mövzusunda tədbir keçirilib

25 aprel, 17:32

Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək – SƏRƏNCAM

25 aprel, 17:30

ADPU-da ötən il 47 elmi-tədqiqat işi tədrisdə tətbiq hüququ qazanıb

25 aprel, 17:18

“4Sİ Akademiyası – Milli Proqram”a qeydiyyat davam edir

25 aprel, 17:15

Fiziki tərbiyə fənn kurikulumunun müzakirəsi təşkil edilib

25 aprel, 17:12

Yağmurlu hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

25 aprel, 16:59

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

25 aprel, 16:33

AzMİU-da “Dizayn Həftəsi” başa çatdı

25 aprel, 16:30

Regional Kollecdə rəhbər vəzifələrə yeni təyinatlar olub

25 aprel, 15:53

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

25 aprel, 15:51

14-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələri açıqlanıb

25 aprel, 15:50

Naxçıvan məktəbliləri “Məktəblilərarası Milli Hakaton” müsabiqəsinə qatılıblar

25 aprel, 15:40

TKTA: 26 peşə üzrə yeni imtahan sualları hazırlanır

25 aprel, 15:32

Ukraynada hüquq təhsili alanların 94%-nin sənədi tanınmayıb

25 aprel, 15:30

İşə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilib

25 aprel, 15:15

“Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi və mədəni əsasları” mövzusunda konfrans keçirilib

25 aprel, 15:00

ADAU-nun İşçi Qrupu: Üç ixtisasın təhsil proqramı ilk dəfə hazırlanır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.