Bütün xəbərlər
25 aprel, 15:51

Azərbaycan Elm Fondunun 2025-ci ildə elan etdiyi elmi tədbirlərdə iştirak və xaricdə qısamüddətli təcrübə keçmələri əhatə edən 14-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələrinə yekun vurulub.

“Azərbaycan müəllimi” xəbər verir ki, 14-cü “Mobillik qrantı” müsabiqəsinə layihələr alimlər tərəfindən onlayn şəkildə ASAN imzanın inteqrasiya edildiyi “e- Qrant” – “Qrant layihələrinin elektron idarəolunması sistemi” vasitəsilə təqdim olunub.

Nəticələr Fondun Müşahidə Şurası tərəfindən təsdiq edildikdən sonra 14-cü “Mobillik qrantı” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 91 500 manat olan 8 qalib layihə müəyyənləşdirilib.

14-cü “Mobillik qrantı” müsabiqəsində qalib olan layihələr xaricdə qısamüddətli elmi təcrübə keçmə və elmi tədbirlərdə iştirak ilə bağlı layihələrdir. Qaliblərdən 5-i qadındır.

Qaliblər Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu, Fizika İnstitutu, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini təmsil edirlər.

14-cü “Mobillik qrantı”nın qalibləri Türkiyə, Almaniya və Sinqapurda xaricdə qısamüddətli təcrübəkeçmədə və elmi tədbirlərdə iştirak edəcəklər.

“Mobillik qrantı” üzrə müsabiqələrin keçirilməsində məqsəd Azərbaycanda elmin inkişafını dəstəkləmək, alimlərin xaricdə təcrübə keçməsini və tədbirlərdə iştirakını stimullaşdırmaq, beynəlxalq elmi əlaqələr qurulmasına şərait yaratmaq və ölkənin elmi kadr potensialını daha da gücləndirməkdir.

Şərhlər

Xəbər lenti

23 avqust, 20:34

Milli Qəhrəmanın oğlu tələbə oldu

23 avqust, 19:46

Hazırlığa getmədən 637 bal yığmışdı - Hüquqşünas olacaq

23 avqust, 18:09

“Azərbaycan müəllimi” milli müsabiqəsinin qalibləri mükafatlandırılıb

23 avqust, 15:04

BSU-da qəbul planı 99.3% yerinə yetirilib

23 avqust, 11:00

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı" günü keçirilib

23 avqust, 10:55

Talış və Sus məktəblərinin bütün məzunları tələbə adını qazandılar

22 avqust, 22:40

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edildi

22 avqust, 22:29

Ali məktəblərə ixtisas seçiminin nəticələri AÇIQLANDI

22 avqust, 22:18

Milyonlarla uşağın oynadığı bu oyun bir çox ölkədə qadağan edildi

22 avqust, 17:46

MDU-nun yeni korpus və hoteli tikiləcək 

22 avqust, 17:01

“Böyük Qayıdış” üçün növbəti təlimlər başa çatdı – 23 nəfər peşə sertifikatı aldı

22 avqust, 16:49

Beynəlxalq Məşqçilik Kursuna ilk dəfə azərbaycanlı qəbul olub

22 avqust, 16:44

Naxçıvanda MİQ üzrə müsahibə mərhələsi yekunlaşıb

22 avqust, 16:06

Kollecə qəbul olanlar üçün qeydiyyat müddəti uzadılıb 

22 avqust, 15:44

"Qarabağda təhsil almaq mənim üçün qürurdur" – İki olimpiada medalçısının seçimi

22 avqust, 15:33

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında görüş keçirilib

22 avqust, 15:08

NDU-da innovasiya və davamlı inkişafla bağlı elmi konfrans keçiriləcək

22 avqust, 14:55

“Bizim üçün “Maarifçi” gələcəyin təhsil idarəçisidir” – Mentorlar üçün təlim

22 avqust, 14:21

ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub

22 avqust, 13:35

Gəncə və Göygöldə yeni fəaliyyətə başlayacaq liseylərə müəllim qəbulu başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.