Bütün xəbərlər
25 aprel, 17:47

Naxçıvan Dövlət Universitetinin (NDU) Magistratura və doktorantura mərkəzində “Akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü” mövzusunda elmi-praktik konfrans keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, konfransı açan rektor Elbrus İsayev Zərifə xanım Əliyevanın görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində Naxçıvanda dünyaya göz açdığını və atasının ömür yolunun onun üçün əsl həyat məktəbi olduğunu vurğulayıb. Bildirib ki, Zərifə xanım həm də Ümummilli Lider, keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinədək yüksələn Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olub və bu status böyük bir məsuliyyət idi. Bu birlikdən, kökdən, şəcərədən gələn dəyərləri öz övladlarına ötürən Zərifə xanım Prezident İlham Əliyev kimi övlad yetişdirib.

Rektor əlavə edib ki, Zərifə xanım millətini sevən ziyalı, gözəl ana kimi xüsusi iz qoyub və onun timsalında biz Azərbaycan qadınlarının ən yaxşı keyfiyyətlərinin unikal vəhdətini görürük. Vurğulanıb ki, görkəmli oftalmoloq-alim Zərifə xanımın elmi irsinin əhəmiyyətini xatırlamaq, gənc nəsillərə bu böyük alimdən örnək götürməyi təşviq etmək vacibdir. Çünki Zərifə xanımın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir, NDU da ali təhsil müəssisəsi olaraq bu sahədə tədqiqatlar aparır. Eyni zamanda, universitetdə Akademik Zərifə Əliyeva adına Biotibbi Araşdırmalar Mərkəzi təsis edilib.

Sonra plenar çıxışlar olub. Universitetin Klinik fənlər və hərbi tibb kafedrasının professoru, tibb elmləri doktoru İsa Abdullayev “Zərifə xanım Əliyevanın həyat yolu”, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova “Zərifə xanım Əliyevanın elmi fəaliyyəti”, NDU Xəstəxanasının həkim-oftalmoloqu Aynur Rzayeva “Azərbaycan oftalmologiya elmində Zərifə Əliyeva məktəbi”, Tibb ixtisasının III kurs tələbəsi, Zərifə Əliyeva adına adlı təaqüdçü Püstəxanım Quliyeva “Zərifə xanım Əliyeva xatirələrdə” mövzularında məruzələrlə çıxış ediblər. Natiqlər Zərifə Əliyevanın həyatı, elmi fəaliyyəti, xüsusilə oftalmologiya sahəsindəki böyük xidmətləri haqqında məlumatları bölüşüb, elmi irsinin Azərbaycan xalqı və təhsil sistemi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Akademik Zərifə xanım Əliyevaya həsr olunan videoçarx nümayiş etdirilib.

Daha sonra universitetdə yeni təsis olunmuş Akademik Zərifə Əliyeva adına Biotibbi Araşdırmalar Mərkəzinin elmi layihələrinin təqdimatı keçirilib.

1 /4

Şərhlər

Xəbər lenti

26 aprel, 09:00

Mir Cəlal Paşayevin Azərbaycan müəllimlərinin IV qurultayında çıxışı – QƏZETİN ARXİVİNDƏN

25 aprel, 17:38

ADPU-da “Azərbaycan xeyriyyəçilik tarixinin Musa Nağıyev səhifəsi” mövzusunda tədbir keçirilib

25 aprel, 17:32

Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək – SƏRƏNCAM

25 aprel, 17:30

ADPU-da ötən il 47 elmi-tədqiqat işi tədrisdə tətbiq hüququ qazanıb

25 aprel, 17:18

“4Sİ Akademiyası – Milli Proqram”a qeydiyyat davam edir

25 aprel, 17:15

Fiziki tərbiyə fənn kurikulumunun müzakirəsi təşkil edilib

25 aprel, 17:12

Yağmurlu hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

25 aprel, 16:59

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

25 aprel, 16:33

AzMİU-da “Dizayn Həftəsi” başa çatdı

25 aprel, 16:30

Regional Kollecdə rəhbər vəzifələrə yeni təyinatlar olub

25 aprel, 15:53

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

25 aprel, 15:51

14-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələri açıqlanıb

25 aprel, 15:50

Naxçıvan məktəbliləri “Məktəblilərarası Milli Hakaton” müsabiqəsinə qatılıblar

25 aprel, 15:40

TKTA: 26 peşə üzrə yeni imtahan sualları hazırlanır

25 aprel, 15:32

Ukraynada hüquq təhsili alanların 94%-nin sənədi tanınmayıb

25 aprel, 15:30

İşə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilib

25 aprel, 15:28

Fond sədri universitetlərdə Məşvərət şuralarının yaradılmasını təklif edib

25 aprel, 15:15

“Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi və mədəni əsasları” mövzusunda konfrans keçirilib

25 aprel, 15:00

ADAU-nun İşçi Qrupu: Üç ixtisasın təhsil proqramı ilk dəfə hazırlanır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.