Bütün xəbərlər
25 avqust, 11:15

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 88 min 756 nəfər abituriyent iştirak edib. Onlardan 57 min 236 nəfər (o cümlədən 6461 subbakalavr) ali məktəblərə qəbul olunub. 

“Azərbaycan müəllimi” Modern.az-a istinadən xəbər verir ki, ixtisas qrupları üzrə ümumilikdə 3 min 100-dən artıq boş yer qalıb.

Belə ki, I ixtisas qrupunda abituriyentlər 20 min 385 boş yerin 18 min 432-sinə qəbul alıb. Bu da o deməkdir ki, bu qrupda 1953 boş yer mövcuddur. 

II ixtisas qrupuna 14 min 935 boş yer ayrılmışdır ki, bunun da 14 542-si dolub. Nəticələr açıqlandıqdan sonra məlum olur ki, ixtisas seçiminin ikinci cəhdinində bu ixtisas qrupunda 393 yer qalıb. 

Hər il gərgin rəqabətin olduğu III qrupda boş yerlərin 98,44 faizi dolub.  Belə ki, bu qrupda 15 min 583 boş yerin 15 min 340-ı dolub.  İxtisas seçiminin ikinci cəhdi üçün III qrupda boş qalan yerlərin ümumi sayı 243-dür.

IV qrup üzrə qəbul aparılan universitetlərdə ümumilikdə 4 min 732 boş yer var idi, ixtisas seçimindən sonra bu qrup üzrə ali məktəblərə qəbul olunanların sayı 4 min 507 nəfər olub. Boş qalan yerlərin sayı isə cəmi 225-dir.

V qrupda isə 4 min 704 boş yerə 4 min 415 nəfər qəbul olunub. Hazırda bu ixtisasda boş yerlərin sayı 289-dur. 

Qeyd edək ki, boş qalan yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Şərhlər

Xəbər lenti

25 avqust, 17:11

DİM-dən yüksək balla ali məktəbə qəbul ola bilməyənlərlə bağlı AÇIQLAMA

25 avqust, 16:50

Hansı ali məktəblərin qəbul planı tam dolub? – SİYAHI

25 avqust, 16:31

İmtahan verir, qəbul olur, amma oxumur Gənclər niyə geri çəkilirlər?

25 avqust, 16:27

MDU-da “UniStartup” müsabiqəsinə qeydiyyat başladı

25 avqust, 16:23

Qarabağ Universitetinə 600-dən yuxarı balla qəbul olanların sayı artıb

25 avqust, 16:15

Bağçalarda müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ!

25 avqust, 15:39

Peşə Təhsil Mərkəzinin məhsulları ABŞ-də nümayiş olundu

25 avqust, 15:39

ADPU ikili diplom proqramına qəbulun müsahibə mərhələsinə başlayıb

25 avqust, 15:21

“İkinci şans verilsəydi, yenə də Qarabağ Universitetini seçərdim” – RFO qalibləri

25 avqust, 15:11

ADNSU məzunuAzad Mirzəcanzadə inkişaf proqramı”nın qalibi olub

25 avqust, 15:03

TİKA-nın koordinatoru: STEM əsaslı öyrənmə real həyata hazırlaşmaq üçün güclü yanaşmadır

25 avqust, 14:30

Məktəblərdə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb

25 avqust, 14:28

Dünya Bankı Pakistanda təhsilin inkişafı üçün 47,9 milyon dollarlıq qrant ayırıb

25 avqust, 14:22

Qarabağ Universiteti ailəsinə xoş gəldiniz! – Şahin Bayramov gəncləri təbrik edib

25 avqust, 13:30

Telefonsuz məktəb siyasəti 

25 avqust, 12:35

Kolleclərə qeydiyyat başa çatır

25 avqust, 12:22

İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq? – ARAŞDIRMA

25 avqust, 12:21

Sabahın hava proqnozu açıqlanıb

25 avqust, 11:31

Bakıda minlərlə tələbəni bir araya gətirəcək ICPC nədir? – ARAŞDIRMA

25 avqust, 11:30

MDU-nun plan yeri 97 faiz dolub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.