
"Bizim uşaqlara verdiyimiz suallarla PISA-da verilən suallar arasında çox böyük fərq var. Bizim tədris etdiyimiz biologiya fənni ilə dünyada tədris olunan biologiya fənninin sualları fərqlidir".
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “2025–2026-cı tədris ili: yeniliklər və hədəflər” adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, bunu dəyişmək lazımdır və etməyə də hazırıq. Gəlin “Dərsliyi kim yazacaq?” sualını qoyaq bir kənara və yaxşı bir məzmun ortaya çıxaraq.
“Biz bunu edə biləcək şəxslər var. Sadəcə məsələni konstruktiv formada həll etmək lazımdır. Mən “Biologiya” dərsliyi yazacaq şəxs deyiləm, sadəcə o dərsliyin yaxşı hazırlanması üçün resurs təmin edə biləcək mərkəzi icra hakimiyyəti orqanının rəhbəriyəm”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər