Bütün xəbərlər
21 fevral, 13:09

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, ustad tarzən Vamiq Məmmədəliyev milli musiqi ənənəmizin yaşadılmasında, gənc istedadların yetişməsində, onların sənət dünyasına və milli musiqi ənənələrinə bağlılığının möhkəmlənməsində böyük rol oynayır. Gənc xanəndələrin yetişməsinə dəstək verən Vamiq müəllim həm də bir sıra elmi məqalələrin, tədris proqramlarının müəllifidir. 

“Azərbaycan müəllimi” qəzeti  V. Məmmədəliyevlə müsahibəni təqdim edir.

- Universitetdə musiqinin tədrisi zamanı hansı metodlardan istifadə edirsiniz?

- Universitetdə dərs prosesi interaktiv və çoxşaxəlidir. Dərslərimdə həm musiqi nəzəriyyəsini, həm də praktiki ifanı öyrədirəm. Məsələn, muğamların ifaları zamanı tələbələrə həm ifa texnikasını, həm də qəzəlin mənəvi tərəflərini başa salıram. Bu metod tələbələrdə özünəməxsus dərin yanaşmanın formalaşdırmasına kömək edir.

“Sənət yalnız notlardan ibarət deyil”

- Müştərək müşayiət və tarın ifasının öyrədilməsi prosesində ən çətin məqamlar nələrdir?

- Müşayiət mürəkkəb prosesdir. Burada əsas məsələ müğənninin səs imkanlarını və ifa tərzinə dərindən bələd olmaq, onu buna uyğun müşayiət etməkdir. Mən böyük sənətkarları müşayiət etmişəm. Hacıbaba Hüseynov, Yaqub Məmmədovu müşayiət edərkən onların səsinin zənginliyini və gücünü nəzərə almaq lazım idi. Mənə görə, müşayiət etmək yalnız texniki bacarıq deyil. Bu, sənətin incəliklərinin, duyğuların və ruh halının düzgün ötürülməsidir. Tar ifası üzrə 60 illik təcrübəm, müşayiət etdiyim bir çox tanınmış xanəndələrlə keçirdiyim illər mənə öyrətdi ki, sənət yalnız notlardan ibarət deyil. O, ürəklərə toxunmalıdır. Doğru müşayiət xanəndənin səsini daha parlaq və təsirli edir.

- Tələbələrinizin çoxu tanınmış müəllimdir. Onları necə yetişdirmisiniz?

- Bir tarzənin professional şəkildə yetişməsi üçün illər lazım olur. Bu professionallığın əsasında çox çalışmaq və musiqi duyumu dayanır. Tələbənin ruhunun musiqiyə daha çox  bağlı olması onun ifasında mütləq özünü göstərir. Ona görə deyirəm ki, musiqi insani keyfiyyətləri özündə formalaşdıran ən güclü vasitədir. Həm öz təcrübəmə, həm də ustadlarımızın fəaliyyətinə əsaslanaraq bütün pedaqoji işçilərə tövsiyə edirəm ki, gənclərin ürəklərinə sənətin nurunu, tarın sədalarını, muğamın dərinliyini aşılamaqla onların incə duyğulara sahib, yaradıcılığa açıq və özünəinamlı fərdlər kimi yetişməsinə dəstək olsunlar. Bunun üçün əlimizdən gələni əsirgəməyək, çünki sənət bizim mədəni irsimizin, tarixin və ruhumuzun daşıyıcısıdır.

- Vamiq müəllim, tarın tarixi və incə strukturu haqqında nə deyə bilərsiniz?

- Tarın tarixi sanki bir nağıl kimidir. Dütar, setar, çahartar, pənctar və şeştar – bunlar tarın müxtəlif üzü, fərqli səslərinin və ifadələrinin simvoludur. Əbdülqadir Marağayinin “Məqasid əl-əlhan” əsərində şeştarın təsvirindən bu alətin nə qədər incə və zəngin bir musiqi dilinin olduğu aydın görünür. Xüsusilə XIX əsrin II yarısında azərbaycanlı tarzən Mirzə Sadığın (Sadıqcan) atdığı addımlar tarın quruluşunda və onun ifa texnikasında böyük dəyişikliklərə səbəb oldu. O, tarın tutma üsulunu dəyişdirərək diz üstündən sinəyə qaldırdı. Bu dəyişiklik tarın ifa texnikasını tamamilə yenilədi və onun imkanlarını artırdı. Nəticədə təkmilləşdirilmiş Azərbaycan tarı milli musiqi irsimizin əvəzolunmaz bir hissəsinə çevrilərək Qafqaz və Orta Asiyada geniş yayıldı.

“Üzeyir bəy bu üsulu tətbiq etməsəydi, müasir muğamımız çoxdan unudulardı”

- Sizcə, tarın və muğamın ifa tərzinə yeniliklərin gətirilməsinə  ehtiyac var?

- Üzeyir Hacıbəyli 1925-ci ildə muğam proqramını tərtib edərkən əsas elementləri qoruyaraq bəzi kiçik hissələri birləşdirmişdi. Əgər o, bu üsulu tətbiq etməsəydi, müasir muğamımız çoxdan unudulardı. Onun əsl metodunu yenidən dəyişmək mümkün deyil. Tələbələrimə deyirəm ki, əvvəlcə əsl metodları dərindən öyrənin, sonra öz yolunuzu seçin. Bizim ustadlarımız – Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Mirzə Fərəc, Hacı Məmmədov, Məmmədağa Muradov, Əhsən Dadaşov tarı olduğu kimi ifa etdilər. Bəzi həmkarlarım əlavə pərdə bağlamağa çalışır, amma mən hesab edirəm ki, 22 pərdədə hər şey ifa oluna bilər. Biz öz milli muğamımızı doğru ifa etməliyik.
 

Muğam proqramı hazırlayan Üzeyir Hacıbəylinin əsas məqsədi musiqimizi yeniləməkdən daha çox sovet sisteminin milli dəyərlərimizi yox etmək cəhdlərinə qarşı möhkəm müdafiə xətti yaratmaq idi. O, kiçik, incə detal və elementləri birləşdirərək muğamımızın əsl qanadlarını möhkəmləndirdi. Bu böyük addım, yalnız o dövr üçün deyil, gələcək nəsillərimiz üçün örnək oldu. Bizim vəzifəmiz bu dəyərli irsi qoruyub saxlamaqla kifayətlənməyib onu gələcək nəsillərə də eyni incəliklə ötürməkdir. Üzeyir bəyin atdığı bu addımları milli irsimizin qorunması baxımından yüksək qiymətləndirərək onun metoduna sadiq qalmalıyıq.

“Musiqi gənclərin emosional balansının təmini baxımından böyük əhəmiyyət kəsb edir”

- Sizcə, milli musiqimiz gənclərin emosional-psixoloji vəziyyətinə, onların yaradıcılıq qabiliyyətlərinin inkişafına necə təsir göstərir?

- Musiqi, xüsusilə də muğam insana sakitləşdirici, tərbiyəvi təsir göstərir. Bu, gənclərin emosional və psixoloji balansını təmin etmək baxımından çox böyük əhəmiyyət kəsb edir. Hətta bu, bəzi hallarda məktəblərdə müşahidə olunan zorakılıq, aqressivlik və digər mənfi davranış nümunələrinin yaranmasının qarşısını almaqda, gənclərin incə duyğularının oyanmasında mühüm rol oynaya bilər.

Milli musiqimiz yalnız məktəblərdə deyil,  televiziya, radio və onlayn platformalarda da geniş təbliğ edilərsə, bunun nəticələrini görə bilərik. Valideynlər də bu prosesə qoşulmalıdırlar, çünki evdə, ailə mühitində doğru musiqi seçimi uşaqların davranışında müsbət dəyişikliklər yaradır. İdeoloji maarifləndirməni müxtəlif platformalarda birləşdirərək gənclərin mənəvi zənginliyini təmin etməliyik. Beləliklə, muğamın sakitləşdirici və balans yaradan təsiri yalnız onların sənət zövqünü deyil, həm də gələcəkdə sosial həyatlarında müsbət davranış modellərinin yaranmasına böyük töhfə verəcək.

- Orta məktəblərdə musiqi dərsinin önəmi nədir və burada pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərə nələri tövsiyə edirsiniz?

- Orta məktəb müəllimlərinə müraciət edərək demək istəyirəm ki, şagirdlərin sənət və ədəbiyyatla, xüsusilə muğamla tanışlığı onların ruh dünyasının inkişafında mühüm rol oynayır. Sinif otağında qəzəllərin, poemaların və operaların muğamla ifası, şagirdlərin yalnız estetik zövqünü yüksəltmir, həm də onların düşüncə və yaradıcılıq potensialını artırır. Hər bir müəllim dərsdən sonra belə musiqi və ədəbiyyatla zənginləşdirilmiş fəaliyyətlər təşkil edərək şagirdlərə sənətin dərinliyini yaşatmalıdır. Bu, şagirdlərin şəxsi inkişafına da müsbət təsir göstərər.

Şərhlər

Xəbər lenti

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

16 iyul, 09:34

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

15 iyul, 17:28

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Gənc müəllimlər

15 iyul, 16:32

DİM sədri: Liseylərin qəbul nəticələri respublika göstərisindən xeyli yüksəkdir

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:21

Universitetlər təhsil haqlarını artırıbmı? – SORĞU

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:42

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

15 iyul, 13:40

Beynəlxalq olimpiadaya qatılacaq komanda üzvləri laboratoriya hazırlıq dərslərinə cəlb ediliblər

15 iyul, 12:55

Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

15 iyul, 12:55

Məleykə Abbaszadə: T-test şkalasının imtahanlarda istifadəsi müzakirə olunur

15 iyul, 12:50

Bakıda uşaq bağçasında kiçik həcmli yanğın olub 

15 iyul, 12:43

Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.