.jpeg)
“Üç gündür ki, davam edən müəllimlərin işə qəbulu üzrə imtahan sabah və növbəti gün də keçiriləcək. İmtahanda iştirak üçün 70 minə yaxın müraciətin olması müəllimlik peşəsinə marağın artmasından xəbər verir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu bu gün Bakı şəhəri 161 nömrəli məktəbdə müəllimlərin işə qəbulu (MİQ) imtahanı ilə bağlı açıqlama verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.
O bildirib ki, gənclər arasında bu peşəyə marağın çoxalması müəllim nüfuzunun artması və əməyinin rəğbətləndirilməsi ilə bağlıdır:
“Əgər siz müşahidə etsəniz, namizədlər arasında gənclərin üstünlük təşkil etdiyini görə bilərsiniz”.
Vəfa Yaqublu qeyd edib ki, MİQ müsabiqəsi şəffaf və ədalətli şəkildə təşkil olunur. İmtahanlar kompüterlə, eyni fənn üzrə eyni vaxtda keçirilir, suallar standartdır. Hazırda 19 şəhərdə 44 mərkəzdə imtahanlar keçirilir. Cari seansda isə xarici dil müəllimləri iştirak edir:
“Bu günə qədər davamiyyət kifayət qədər yüksək olub. Bəzi seanslarda davamiyyət 80-90% arasında dəyişib və ümumilikdə orta davamiyyət göstəricisi 81% təşkil edir. Bu da müəllimlərin imtahan prosesinə məsuliyyətlə yanaşdığını göstərir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər