.jpeg)
“Şagirdin uğursuzluğunun çox səbəbi ola bilər ki, onların bir qismi müəllimin təsir dairəsində olmayacaq. Lakin unutmayaq ki, problemli vəziyyətlərdə insanlar adətən 2 mövqedən birini tutur: ya “qurban”, ya da “məsuliyyətli insan” mövqeyi”.
Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.
O bildirib ki, “qurban” mövqeyində duran müəllim uğursuzluğun bütün səbəblərini sadalayır və kənara çəkilir. “Məsuliyyətli insan” mövqeyində duran müəllim isə özünə sual verir: “Bəs bu vəziyyətdə mən nə edə bilərəm?” “Qurban” mövqeyində dursaq, “Situasiya məndən asılı olmayaraq belədir” fikrinə inansaq, vəziyyəti dəyişə bilməyəcəyik. “Məsuliyyətli insan” mövqeyində duran müəllimlərimizin sayının artması üçün çalışmalıyıq".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər