Bütün xəbərlər
13 aprel, 18:23

“Bu günlərdə həmkarlarımız ilə Xankəndi şəhərini addım-addım gəzdik. Məncə, bu tarixi şəhərin çox böyük potensialı var. Xankəndi şəhəri gələcəkdə Azərbaycanın, hətta dünyanın ən böyük, ən gözəl Universitet şəhərlərindən biri olacaq”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Qarabağ Universitetində keçirilən beynəlxalq konfransın iştirakçısı, onkoloq-cərrah Vüqar Yaqublu bildirib.

Almaniyanın Heydelberq (Heidelberg) Universitetinin Mannheym (Mannheim) Cərrahiyyə Mərkəzində bölmə müdiri müavini və TƏBİB Direktorunun müşaviri vəzifəsində çalışan cərrah onkoloq V.Yaqublu qeyd edib ki, bu onun Qarabağ bölgəsinə ilk səfəridir: 

“İlk dəfədir ki, Xankəndidəyəm, Şuşanı ziyarət edirəm. Bu regionda böyük hədəfləri olan Qarabağ Universitetinin qurulması və onun mövcud olduğundan da böyük struktura çevriləcəyi inamı bizləri qürurlandırır. Burada geniş məktəblər, heç yerdə rastlaşmadığım qədər gözəl tələbə yataqxanası gördüm. Eyni zamanda, inşası davam etdirilən mədəniyyət mərkəzləri, kinoteatrlar və digər vacib infrastruktur obyektləri də var. Bir sözlə, bu müasir tikililər tarixi şəhəri dünyanın ən gözəl universitet şəhərlərindən birinə çevirəcək”.

Onkoloq-cərrah diqqətə çatdırıb ki, konfrans gözləntilərin üstündə təşkil edilib: “Tibb sahəsində fərqli mövzular üzrə çıxış edən bir-birindən dəyərli qonaqlarla birgə faydalı müzakirələr apardıq. Konfransın əsas hədəflərindən biri də dünya tibb təhsilində ən qabaqcıl texnologiyaları ortaya qoyaraq müasir tibb təhsili konsepsiyası ərsəyə gətirmək idi. Konfransın panel müzakirələrində də gələcəkyönümlü təkliflər irəli sürdük. Hesab edirəm ki, konfransın məqsədinə çatmağa nail olduq”.

Vüqar Yaqublu 20 ildir Almaniyada tibb sahəsində fəaliyyət göstərdiyini vurğulayaraq əlavə edib ki, bu müddət ərzində mütəmadi olaraq Azərbaycan səhiyyəsində baş verən proseslərlə və tibb təhsili ilə maraqlanıb: “Bu istiqamətdə çoxsaylı layihələr həyata keçirmişik və fərqli strukturlarla əməkdaşlıqlarımız var. Azərbaycan səhiyyəsinin inkişafında son dövrlər baş verən proseslər tibb təhsilinin təkmilləşdirilməsinə yeni tələblər qoyur. Artıq bir müddətdir, Azərbaycanda icbari tibbi sığorta tətbiq olunur. Bu, hər bir xəstə üçün əlçatan proses olmaqla yanaşı, həm də ixtisaslı mütəxəssislərə ehtiyacı artıran faktordur. Məhz TƏBİB çərçivəsində başlanılan region klinikalarında zəruri cərrahi və anestezioloji xidmətin inkişafı proqramının gedişində bu ehtiyac aşıq-aşkar görünür. Bu nöqteyi-nəzərdən tibb təhsilinə yenilikləri gətirə biləcək yeni yanaşmalara zərurət var. 

Qarabağ Universitetinin yaradılması həm də yeniliklərin gətirilməsi cəhətdən olduqca vacib məsələdir. Xüsusilə qısa müddətdə tibb fakültəsinin yaradılması xaricdə yaşayan həmvətənlərimizi çox sevindirir. Çünki bu fakültənin yaradılması ilə yeniliklərin tətbiqi, xaricdən mütəxəssislərin cəlb olunması tibb təhsili sahəsində, həmçinin müasir bilik və təcrübənin gündəlik tibbi fəaliyyətlərdə tətbiqi üçün əhəmiyyətli olacaq”, - deyə alim fikirlərini yekunlaşdırıb.

Günel ABBAS

Şərhlər

Xəbər lenti

22 iyun, 08:30

Bu gün doktorantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçirilir

21 iyun, 22:25

Azərbaycanda ali məktəb məzunlarının sayı artıb

21 iyun, 22:00

Azərbaycanda ən çox hansı ölkələrin tələbələri oxuyur? 

21 iyun, 21:41

Azərbaycanın orta məktəblərində 146 mindən çox müəllim çalışıb

21 iyun, 20:40

Kollec təhsili alanların sayı artıb 

21 iyun, 18:09

Şuşada çalışmaq şansımı itirsəydim, bunu özümə bağışlamayacaqdım – Azad edilmiş ərazilərdə dərs keçən müəllimlər

21 iyun, 18:00

“Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” – Naxçıvanda respublika elmi konfransı

21 iyun, 17:40

Toylarından 5 gün sonra imtahan verib uğur qazandılar

21 iyun, 17:30

ADNSU-nun rektoru Yay məktəbinin tələbələri ilə görüşüb

21 iyun, 16:37

Nazir müavini 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti çərçivəsində görüşlər keçirib

21 iyun, 16:26

Sertifikatlaşdırma müəllimlərə maddi dəstəkdir – İmtahandan uğurla keçənlər danışırlar

21 iyun, 16:18

DMA və MÜTDA nümayəndələri arasında görüş keçirilib

21 iyun, 16:01

Kənan Kərimzadə 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində çıxış edib

21 iyun, 15:56

Dövlət Agentliyi valideynlərə və məktəblərə təşəkkür etdi

21 iyun, 15:16

Məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər - SİYAHI

21 iyun, 14:56

Qabiliyyət imtahanlarına start verilib

21 iyun, 14:24

Gənc ailənin sertifikasiya uğuru

21 iyun, 14:09

NDU Macarıstan universiteti ilə ikili diplom proqramına başlayıb

21 iyun, 14:05

Stereotipləri aşan futbolçu qız: Mövsümün ən çox qol vuran oyunçusu

21 iyun, 12:38

Cəlilabadın güləşçi məktəblisi gümüş medal qazandı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.