Bütün xəbərlər
10 fevral, 14:46

Məlumdur ki, hazırda azərbaycanlı gənclər bir sıra dövlət və hökumət, həmçinin mübadilə proqramları çərçivəsində dünyanın bir sıra ölkələrinin nüfuzlu ali təhsil müəssisələrində təhsil alır, tədqiqatçılıq və karyera inkişafı sahəsində hazırlıq keçirlər. Bu proseslə yanaşı, digər ölkələrdən olan gənclər də müxtəlif mübadilə proqramları ilə Azərbaycanda təhsil arzularını reallaşdırırlar. Onların ölkəmizdə təhsili necə tənzimlənir və hansı universitetlərdə təhsil alırlar?

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata əsasən, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin yerli ali təhsil müəsssələrinə (ATM) qəbulu “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları” ilə tənzimlənir. Sözügedən Qaydalara əsasən əcnəbi vətəndaşların təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq proqramlar, eləcə də təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr əsasında ali təhsil müəssisələrinə qəbulu mümkündür.

Hazırda beynəlxalq tələbələrin mübadilə proqramları çərçivəsində təhsil aldığı ali təhsil müəssisələri sırasında ilk yerləri ADA Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi tutur. Proqram iştirakçıları əsasən bakalavriat və magistratura təhsil səviyyələri üzrə təhsillərini yerli təhsil müəssisələrində alırlar.

Əcnəbilərin yeri ali təhsil müəssisələrinə qəbulu portal.edu.az sistemi üzərindən mərkəzləşmiş e-müraciət xidməti  (“SIA/CAS: Study in Azerbaijan Centralised E-Application Service”) vasitəsilə həyata keçirilir və sözügedən kateqoriyadan olan xarici vətəndaşların qəbulu üçün də müvafiq qəbul xətləri nəzərə alınıb.

Ali təhsilin beynəlmiləlləşməsi sahəsində inkişafa, eləcə də mövcud qanunvericiliyə əsasən xarici vətəndaşların qəbulu prosesində ATM-lərə muxtariyyət verilib. Qeyd edək ki, mübadilə və proqramlar çərçivəsində təhsil alan beynəlxalq tələbələrin də ali təhsil müəssisələrinin yerli vətəndaşlara təklif etdiyi fürsətlərdən yararlanmaq imkanları var. 

Ali təhsilin beynəlmiləlləşməsi, eləcə də xarici vətəndaşların yerli ali təhsil müəssisələrinə cəlbinin prioritetliyini nəzərə alaraq, ali təhsil müəssisələri tərəfindən bu istiqamətdə tələbə cəlbinin təşviq edilməsi məqsədəuyğun hesab olunur.

Şərhlər

Xəbər lenti

2 avqust, 13:20

AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib

2 avqust, 11:19

Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlər bunu necə düzəldə bilərlər?

2 avqust, 11:16

Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərin alternativ seçim imkanı olacaq? — RƏSMİ CAVAB

2 avqust, 11:13

Nurlan İsmayılbəyli: “Faktiki yaşayış yeri” meyarının tətbiqi digər bölgələrə seçimi məhdudlaşdırılmır

1 avqust, 19:53

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

1 avqust, 19:48

BDU “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

1 avqust, 19:32

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

1 avqust, 17:57

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

1 avqust, 12:59

Strategiya müzakirələri başladı: Peşə təhsilində dəyişikliklər gündəmdə

1 avqust, 12:34

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

1 avqust, 12:32

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.