Bütün xəbərlər
12 iyun, 09:55

İyunun 11-də “Gənclər Paytaxtı” Sumqayıt şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin 5 illiyinə həsr olunmuş XXVIII “Şahin” hərbi-idman oyununun final mərhələsi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib. Ardınca isə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tərəfdaşlığı ilə keçirilən “Şahin” hərbi-idman oyununun finalında 14 komanda sıra hazırlığı, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, fiziki hazırlıq, maneələrin dəf olunması, tüfəngdən hədəfə atəş açılması, mülki müdafiə hazırlığı, çadırın qurulması və intellektual müsabiqə mərhələlərində güclərini sınayıblar. 

Sumqayıt şəhər komandası birinci, Sabunçu rayon komandası ikinci, Xaçmaz rayon komandası isə üçüncü yerə layiq görülüblər.

Bağlanış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Vətən müharibəsi qəhrəmanı Anar Mirzəyev çıxış ediblər. Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Dəstəsinin nümunəvi çıxışı təqdim edilib.

Qeyd edək ki, bu il “Şahin” hərbi-idman oyunu ümumilikdə 22 min məktəblini əhatə edib.

1 /20

Şərhlər

Xəbər lenti

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – İnternat məktəbinin duyğusal “Son zəng”i – REPORTAJ

14 iyun, 17:19

Xocalıda ilk dəfə “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Yeni təyin olunan məktəb direktorları kollektivlərə təqdim olunub

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

14 iyun, 12:27

Elm və təhsil nazirinin müavini Naxçıvanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 12:19

Elxan Nəcəfov: Şagirdlərimizin nəticələrində müsbət dinamika müşahidə olunur

14 iyun, 11:15

"Zəkalar" liseyində “Son zəng” tədbiri keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.