Bütün xəbərlər
10 fevral, 21:28

Sabiq təhsil naziri Firudin Cəlilov müsahibəsində "Kurikulumu təhsilimizdən çıxarmaq lazımdır ki, şagirdlərimizin dili açılsın, onlar danışa bilsinlər" deyib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, kurikulum üzrə mütəxəssis Yalçın İslamzadə məsələyə münasibət bildirib.

Mütəxəssis qeyd edib ki, müxtəlif platformalarda bir çox təhsil işçisinin kurikuluma münasibətini təxminən belə ümumiləşdirmək olar: "Birtəhər yola verirdik, kurikulum gəldi, hərşey alt-üst oldu". Lakin kurikulumsuz təhsil mümkün deyil. Bütün fənnlərin kurikulumları olmalıdır:

"Bütün beynəlxalq proqramların müvafiq kurikulumları var. Yeni proqramı (tutaq ki, Cambridge və ya Edexcel, yaxud IB) tədris etmək istəyən müəllimin işi ilk növbədə müvafiq kurikulumu çox diqqətlə öyrənmək olmalıdır.

Çünki kurikulumda fənnin məqsəd və vəzifələri, metodik yanaşmalar, qiymətləndirmə meyarları, hansı mövzuların hansı ardıcıllıqla keçiləcəyi öz əksini tapır. Bunları bilmədən fənni uğurla tədris etmək mümkün olmaz.

Bu konteksdə Elm və Təhsil Nazirliyinin kurikulumları yeniləmə layihəsi çox yerindədir.

Artıq I-IV siniflər üçün Həyat bilgisi, V və VI siniflər üçün Təbiət fənləri, yuxarı siniflər üçün təbiət fənnlərinin (həmçinin təbiət fənni olmayan digər fənnlərin) kurikulumları təkmilləşdirilib".

Yalçın İslamza qeyd edib ki, əgər əvvəlki kurikulum uğursuz alınıbsa, bu, əvvəlki kurikulumun problemidir, ümumiyyətlə kurikulum problemi deyil:

"Fərz edilir ki, kurikulum əslində onun əsasında yazılacaq dərsliyin prototipidir, yəni bir neçə müəllif o kurikuluma əsasən dərslik yazsa, dərsliklər əsasən bir-birinə oxşamalıdır, çünki perspektivi kurikulum müəyyən edir. Əvvəlki kurikulumda belə məzmun xətti var idi:

Fiziki hadisələr, qanunlar və qanunauyğunluqlar

Bu, əslində bütün fizikanı əhatə edən, həddən artıq geniş məzmun xəttidir ki, addım-addım konkretləşdirib təlim nəticələri əldə etmək çox çətindir.

Yeni kurikulumda 6 məzmun xətti müəyyən olunub ki, onlardan addım-addım, konkret təlim nəticəsinə keçmək mümkündür.

Kurikulum, 7-11-ci siniflər dövründə hansı mövzuların hansı ardıcıllıqla keçiləcəyinin detallı xəritəsidir, bu xəritə olmadan tədris prosesi qurmaq olmaz.

Uşaqların dilinin açılması üçün:

1. Pedaqoji fakultələrdə ciddi islahat lazımdır, bu fakultələrin proqramları təhsil sahəsindəki son  illərdə əldə olunmuş yenilikləri əks etdirmir.

2. Təbiət fənnlərinin saatı artırılmalıdır, həftədə 2 saatla fizika (kimya, biologiya vs.) öyrətmək olmaz.

3. Azərbaycan dili və ədəbiyyat dərsləri birləşdirilməli, dilin qaydaları və ədəbiyyatın düşünmə-mühakimə, özünüifadə imkanları vahid çərçivədə verilməlidir. 

Ədəbiyyat dərsində çarşaf-çarşaf dastan, qəzəl verməklə, ana dili dərsində saysız hesabsız qaydaları öyrətməklə gözləmək olmaz ki, şagird dil açacaq, ana dilində düzgün danışmağı və mühakimə aparmağı öyrənəcək. 

Bu gün ədəbiyyat və ana dili vasitə kimi yox, məqsəd kimi öyrədilir. "Qəzəl müqəddəsdir, icazə verə bilmərik gənc nəsil qəzəl əzbərləməsin" yaxud, indiki dövrlə səsləşməyən Qaçaq Nəbi, Koroğlu şagirdlərə maraqlı gəlmir, həyatları ilə arasında əlaqə qura bilmirlər.

Bütün mətnlər ya folklordur, ya da "danlaq-nəsihət" ədəbiyyatı. Yaşlı nənələr və babalar yaramaz uşaqları danlayırlar. 

Bu isə köhnə mentalitetin nəsihət şəklində forma dəyişdirib ideologiyalaşmasıdır ki, gənclərimizə dil açıb danışmağa, mühakimə aparmağa, düşünməyə imkan vermir".

Şərhlər

Xəbər lenti

11 fevral, 11:30

İlin ikinci “planetlərin böyük paradı” müşahidə olunacaq

11 fevral, 11:22

Bu il istismara veriləcək təhsil müəssisələrinin sayı açıqlanıb

11 fevral, 11:14

Sumqayıtda məktəbdə yanğın olub

11 fevral, 10:58

Zəyəm tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib - FOTOLAR

11 fevral, 10:52

“İlin gənc müəllimi - 2024” müsabiqəsinə qeydiyyat davam edir

11 fevral, 10:48

Bu ildən “STEAM Azərbaycan”a 4-9-cu sinif şagirdləri cəlb edilir

11 fevral, 09:46

“Müəllimlərimizin mənəvi dəstəyi imtahana hazırlığı xeyli asanlaşdırdı” -  Tələbələrin təəssüratları

11 fevral, 09:13

11 fevral Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günüdür

10 fevral, 23:43

Alimlər qara dəliklərin gözləniləndən daha sürətlə döndüyünü kəşf ediblər

10 fevral, 23:14

Marsın sirli kvadratı: Təbii geologiya, yoxsa yadplanetli izi?

10 fevral, 18:01

Süni zəka insanın karyera potensialını təyin edir

10 fevral, 18:00

Alimlər qorxu reaksiyalarının beyində necə yatırıldığını tədqiq ediblər

10 fevral, 17:56

Sertifikatlaşdırmadan keçən müəllimlərin diqqətinə

10 fevral, 17:55

Məktəbin texniki işçisi həyat yoldaşı tərəfindən bıçaqlanıb

10 fevral, 17:46

Türkiyə əcnəbi tələbə sayını 500 minə çatdıracaq 

10 fevral, 17:33

Kimyaçı alim beynəlxalq jurnalın rəyçi sertifikatı ilə təltif edilib

10 fevral, 17:21

Məktəb direktoru kim olmalıdır? – Ekspert rəyi

10 fevral, 17:12

“Kitab yazmağı gələcək hədəflərimin başlanğıcı kimi dəyərləndirirəm” – Tələbə uğuru 

10 fevral, 16:30

Azərbaycanlı gənc nüfuzlu elmi mükafata layiq görülüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.