![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews/10%20February%202025/64d9e1de-a97c-4ef0-9a60-ec450a815a76_image_750x500_667e877fe4ef4.jpg)
2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesində uğur qazanan müəllimlərin elektron sənəd formasındakı sertifikatları portal.edu.az platformasında yerləşən şəxsi kabinetlərinə əlavə edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, qeyd olunan dövrdə uğur qazanan müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olaraq ekranın sol hissəsində yerləşən “Sənədlərim” bölməsinə keçid edərək elektron sertifikatlarını əldə edə bilərlər.
Elektron formada təqdim olunan sertifikatlar əlçatanlığı təmin etməklə yanaşı müəllimlərin əlavə vaxt itkisinin də qarşısını alacaq.
Nəzərinizə çatdırırıq ki, hazırda 2022 və 2024-cü illərdə təşkil olunan sertifikatlaşdırma prosesindən uğurla keçənlərin sertifikatlarının verilməsi istiqamətində işlər aparılır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
![Bookmark](/_next/image?url=%2Fassets%2Fimages%2Fbookmark.png&w=256&q=75)
![Programmer](/_next/image?url=%2Fassets%2Fimages%2Fprogrammer.png&w=640&q=75)
![Mail box](/_next/image?url=%2Fassets%2Fimages%2Fmailbox.png&w=640&q=75)
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
![Azərbaycan müəllimi logo white](/_next/image?url=%2Fassets%2Flogo%2Fmain-logo-white.png&w=640&q=75)
Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər