![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews/10%20February%202025/b5b0a015-11c7-44f2-9b9c-b279270b5b3a_dermannnn.jpg)
Bakıda fəaliyyət göstərən məktəblərdə uşaqlara konfet görüntülü narkotik dərmanların paylanılması ilə bağlı iddialar yayılıb.
“Azərbaycan müəllimi” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla əlaqədar valideyn qruplarında çoxsaylı məlumatlar paylaşılır.
İddialara əsasən, azyaşlılar ayı balası formasında olan rəngli konfetlər vasitəsilə aldadılır.
Məlumatlarla əlaqədar Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məsələ ilə bağlı bildirdi ki, sosial şəbəkələrdə ölkə ərazisində məktəblərdə şagirdlərə narkotik vasitə təklif edilməsi ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir: “Polis əməkdaşları tərəfindən bu paylaşım tam və hərtərəfli araşdırılıb, müəyyən olunub ki, həmin paylaşım xarici ölkələrdən birinə aid internet resurslarında yayılıb”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
![Bookmark](/_next/image?url=%2Fassets%2Fimages%2Fbookmark.png&w=256&q=75)
![Programmer](/_next/image?url=%2Fassets%2Fimages%2Fprogrammer.png&w=640&q=75)
![Mail box](/_next/image?url=%2Fassets%2Fimages%2Fmailbox.png&w=640&q=75)
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
![Azərbaycan müəllimi logo white](/_next/image?url=%2Fassets%2Flogo%2Fmain-logo-white.png&w=640&q=75)
Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər