Bütün xəbərlər
11 fevral, 10:52

"İlin gənc müəllimi - 2024" müsabiqəsi başlayır.

Müsabiqə AzEdu.az Təhsil Portalı və "Azərbaycan müəllimi" qəzetinin birgə təşkilatçılığı ilə keçirilir.

Layihə hər il olduğu kimi üç mərhələdə həyata keçiriləcək: I mərhələdə gənc müəllimlər onlar üçün nəzərdə tutulan formu dolduraraq, özləri haqqında ətraflı məlumat təqdim etməli və formda tələb olunan bütün bəndləri cavablandırmalıdırlar.

II mərhələdə təşkilatçılar tərəfindən müəyyən edilən ekspertlər qrupu qeydiyyatdan keçən müəllimlərin məlumatlarını 100 ballıq şkala ilə qiymətləndirəcəklər. Daha sonra müsabiqədə iştirak edən ilk 100, daha sonra isə 50 müəllimin siyahısı ictimaiyyətə təqdim olunacaq.

Onlar arasından isə yalnız 10 müəllim III mərhələyə (final mərhələsinə) keçə biləcək.  

Qeyd edək ki, “TOP-10”a vəsiqə qazanan müəllimlər yalnız onlayn səsvermə ilə deyil, eyni zamanda yüksək nüfuza malik elm və təhsil xadimlərindən ibarət komissiya tərəfindən dəyərləndiriləcək. Bu mərhələdə 20 bal onlayn səsvermənin nəticələrinə, 80 bal isə təhsil xadimlərinin qiymətləndirilməsinə əsasən veriləcək.

Müsabiqədə 39 (39 yaş da daxil olmaqla) yaşadək olan müəllimlər iştirak edə bilər. 

Qeydiyyat formuna buradan daxil olmaqla, müsabiqəmizdə iştirak edə bilərsiniz!

Formu doldurduqdan sonra özünüz haqqında ətraflı məlumatı AzEdu.az Təhsil Portalının rəsmi elektron ünvanına göndərə bilərsiniz: info@azedu.az

Form linki: //forms.gle/xsrr5eGvcNZDSoxYA

Son qeydiyyat tarixi: 25.04.2025

QEYD: Qeydiyyatdan keçməkdə çətinlik çəkən müəllimlər AzEdu.az Təhsil Portalının "Whatsapp" nömrəsinə yaza bilərlər - 055-329-48-78 

Şərhlər

Xəbər lenti

11 fevral, 16:38

“BilBacar” müsabiqəsinin fevral ayı üzrə hazırlıq mərhələsinə start verilib

11 fevral, 16:28

Yüksək impakt-faktorlu jurnallarda nəşrlə bağlı vörkşop keçiriləcək

11 fevral, 16:19

“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı təsdiq edilib

11 fevral, 16:15

Mnemonika uşaqlara nə verir?

11 fevral, 16:14

Xocalıda uşaqların üz-gözündən sevinc yağırdı…

11 fevral, 16:01

Dilqəm Tağıyev: "Problem odur ki, özəl sektor elmi işlə maraqlanmır"

11 fevral, 15:51

“Məktəblərdə istedadlı uşaqlar çoxdur, amma universitetdə onların sayı azalır”

11 fevral, 15:46

"Bəzən uşağa elə tapşırıq verilir ki, ali təhsilli valideyn belə həll edə bilmir" – Akademik

11 fevral, 15:24

Müəllimi yaxşı edən nədir? – Harvard professorunun fikirləri

11 fevral, 15:19

Gənc tədqiqatçıların IX beynəlxalq elmi konfransı keçiriləcək

11 fevral, 15:10

Quba-Xaçmaz bölgəsində dörd məktəb üçün yeni bina tikilir 

11 fevral, 14:56

32 ildir ki, dərsə qayıqla gedib-gəlir – FOTOLAR

11 fevral, 14:50

Rəhbər pedaqoji lider, yoxsa inzibatçı olmalıdır? 

11 fevral, 14:29

“Repetitorluğun məktəb dərslərindən öndə olması qəbuledilməzdir” – Uğurlu müəllim

11 fevral, 14:05

ADPU-da qrant layihə çərçivəsində təlim keçirilib

11 fevral, 13:50

Dərslərin başlanma vaxtını Pedaqoji Şura müəyyən edə bilər

11 fevral, 13:38

Dilqəm Tağıyev: “Kağız yaradıcılığından uzaqlaşıb elmlə məşğul olmaq lazımdır” – MÜSAHİBƏ (II hissə)

11 fevral, 12:09

Elmdə Qadın və Qızların Beynəlxalq Günü qeyd olunub

11 fevral, 11:30

İlin ikinci “planetlərin böyük paradı” müşahidə olunacaq

11 fevral, 11:22

Bu il 30-a yaxın yeni məktəb binası istifadəyə veriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.