Bütün xəbərlər
11 fevral, 16:15

Yadda saxlamaq prosesini asanlaşdırmaq üçün bəşər tarixinin ibtidai formasiyalarında belə insanlar şərti işarələr sistemindən istifadə ediblər. Yaddaşın gücləndirilməsinə xidmət edən texnikanın öyrənilməsinin tarixi eramızdan əvvəl VI-V əsrlərə aiddir. “Mnemonika” adlanan bu yanaşmanın yunancadan tərcüməsi “yaddasaxlama məharəti” deməkdir. Texnika qədim yunan ilahəsi Mnemosinin adını daşıyır.

İndi mnemonika müəyyən mövzu və fikirləri yadda saxlamağa kömək edən bir texnika kimi geniş istifadə olunur. Texnikanın hədəfi insan beynində mövcud olan bütün yaddaş resurslarından istifadə etməkdir. Bura məlumatın yadda saxlanması və lazımi vaxtda “arxivdən” çıxarılması prosesi daxildir.

Mnemonika həm kiçik yaşlı uşaqlar, həm də yaşlılar üçün əlverişli texnika sayılır.

Pedaqoqlar uşaqlarla işdə mnemonikanı çox təsirli vasitə sayırlar. Məktəbəqədər yaşlı uşaqların yaddaşı vizual və obrazlı xarakter daşıdığından bu texnologiya onları öyrətmək üçün çox əlverişlidir. Başqa sözlə, mnemonika uşaqların gündəlik həyatında rastlaşdıqları hadisələri, əşyaları və faktları yadda saxlamağın ən asan yoludur. Mnemonika müxtəlif assosiasiyalar yaratmaqla uşaqların yaddaş imkanlarını artırmağa imkan verir. Onlarda eşitmə və vizual qavrayış, təxəyyül, diqqət və nitqi inkişaf edir.

Uşaq inkişafı üçün mnemonika texnologiyasına müxtəlif yanaşmalar daxildir:

  • Sistemli - təhsil və təlim üçün istifadə olunur;
  • Şəxsi - uşağın fərdi ehtiyaclarını və qabiliyyətlərini nəzərə alır;
  • Ünsiyyətcil - bütün təlim prosesi uşaq və mentor arasında konstruktiv dialoq şəklində qurulur;
  • Sosial-mədəni - bu yanaşma uşaqların lüğət ehtiyatını artırmağa, nitqin formalaşmasına və cümlələrin qrammatik cəhətdən düzgün qurulmasına kömək edir;
  • Məlumat - müəllimin istifadə etdiyi vizual materialların köməyi ilə uşaq dünya haqqında məlumatları öyrənir, emal edir və yadda saxlayır.

Uşaqlar üçün mnemonika dərsləri aşağıdakı məqsədlərə cavab verməlidir:

  • Diqqətin, qavrayışın, yaddaşın və təfəkkürün inkişafı üçün əlverişli şəraitin formalaşması;
  • İnformasiya ilə işləmək bacarıqlarının əldə edilməsi. Bunun sayəsində uşaq mücərrəd simvolları təsvirlərə və əksinə çevirməyi öyrənir;
  • Uşaq müəllimin təklif etdiyi göstərişlərə əsasən tapşırıqları yerinə yetirmək, müəyyən edilmiş qaydalara və hərəkətlərin ardıcıllığına riayət etmək bacarığına yiyələnir;
  • Savadlı və səlis nitqin inkişafı, söz ehtiyatının artırılması;
  • Uşağı ətraf aləmi dərk etməyə həvəsləndirmək, onun qavrayışını, təlim prosesində fəal iştirak istəyini inkişaf etdirmək;
  • Yaradıcılıq qabiliyyətinin, məntiqi təfəkkürün inkişafı;
  • Əllərin incə motor bacarıqlarının təkmilləşdirilməsi;
  • Uşaqların ünsiyyət və təşkilatçılıq bacarıqlarını nümayiş etdirməyi, müstəqil qərarlar qəbul etməyi və onlar üçün məsuliyyət daşımağı öyrəndikləri vəziyyətlərin modelləşdirilməsi;
  • Analitik düşüncənin inkişafı, müxtəlif məsələlərin həlli üçün müəyyən biliklərdən istifadə etmək bacarığı.

Uşaqlar üçün mnemonika üzərində işi mürəkkəblik dərəcələrinə görə üç mərhələyə bölmək olar:

  1. Simvollara giriş - buna mnemonik kvadratlarla işləmək də deyilir. Müəllim simvolları uşaqların diqqətinə çatdırır və onların mənasını izah edir. Uşaqların qavramasını asanlaşdırmaq üçün şəkillər onların yaşına uyğun seçilməlidir. Bir müddət sonra simvollar əvəzinə obyektlərin sxematik və ya kontur şəkillərindən də istifadə oluna bilər.

Artıq zehni təsvirləri qurmağı öyrənənlər üçün bu bacarığı təkmilləşdirməyə kömək edən dərslər keçmək tövsiyə olunur.

  1. Uşaqlara 2-4 simvoldan ibarət sadə nümunələri “oxumaq” öyrədilir. Müəllim bir obyektin təsvirini verərək uşaqları simvollarla tanış edir. Eyni zamanda, uşaqlar bağlayıcı və ön sözlərdən istifadə etmədən sözləri birləşdirərək 2-3 sözdən çox olmayan sadə cümlələr qurmağı öyrənirlər.
  2. Daha mürəkkəb mərhələ uşaqlara mnemonik cədvəllərlə işləməyi öyrətməkdən ibarətdir.

Mnemonik cədvəl müəyyən məlumatları ehtiva edən diaqram şəklində təqdim olunan didaktik materialdır. Bu tədris vasitəsi təhsil sahəsindən asılı olmayaraq istənilən fəaliyyət növündə istifadə olunur. Mnemonik cədvəllərin iki növü var:

  • maarifləndirici, bilik əldə etməyə yönələn;
  • xüsusi bacarıq və ya qabiliyyətlərin inkişafı üçün zəruri olan məlumatları əhatə edən.

Mnemonik cədvəllər üçün müəyyən tələblər də qoyulub. Onlar dərsliklərin müəyyən bir məqsədə çatmasına töhfə vermək üçün lazımdır. Cədvəl aşağıdakı meyarlara cavab verməlidir:

  • oradakı məlumatların həlli təlim prosesinə yönəldilmiş tapşırıqlara uyğun olmalı;
  • asan qavranmalı;
  • şagirdlərin yaş xüsusiyyətlərini nəzərə almalıdır.

Mnemonik cədvəllə işləmək üçün onun məzmunu diqqətlə öyrənilir və təsvirlərin ətraflı təhlili aparılır. Cədvəldə göstərilən mücərrəd simvollar obrazlara çevrilir. Məzmun şəkillərdən istifadə edilməklə təkrar danışılır. Mnemonik cədvəlin eskizi hazırlanır. Məlumat uşaqlar tərəfindən tam şəkildə təkrarlanır.

Mnemonik cədvəllərdən uşağı xarici aləmlə tanış edərkən, şeirləri yadda saxlamaq, hekayə yazmaq bacarığını inkişaf etdirərkən, tapmacalar tərtib edərkən, lüğət ehtiyatını artırarkən, ədədlərin tərkibi öyrənilərkən, davranış, gigiyena və təhlükəsizlik qaydaları aşılanarakən istifadə etmək olar.

Mnemonika uşaqların nitqinin inkişafına kömək etməklə yanaşı, müxtəlif psixi proseslərin yaxşılaşmasına da kömək edir. Xüsusilə yaddaş və müşahidə, təfəkkür və təxəyyül güclənir, əzmkarlıq yaranır, konsentrasiya artır.

Mütəxəssislər mnemonikanın uşaqların daha intellektli, bacarıqlı və əqli cəhətdən aktivliyinə təkan verdiyini vurğulayırlar.

Bu texnika sayəsində uşaqların yaşıdları ilə və böyüklərlə ünsiyyət prosesi yaxşılaşır, onlar daha kommunikativ və özünə inamlı olurlar.

Bağça və məktəblərdə uşaqlar üçün mnemonikanın tətbiqi gənc nəslin əqli inkişafına böyük fayda verir. Oyun forması yalnız yeni materialı asanlıqla xatırlamağa və mənimsəməyə kömək etmir, eyni zamanda uşaq və valideynlər üçün maraqlı, maarifləndirici fəaliyyətlərə kömək edir.

“Azərbaycan məktəbi” jurnalından

Şərhlər

Xəbər lenti

14 iyul, 18:00

Uşağa kitab oxuyun

14 iyul, 17:20

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

14 iyul, 16:05

“Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminar keçirilib

14 iyul, 16:02

BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14 iyul, 15:45

Bu günədək 119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb

14 iyul, 15:28

Azərbaycanda ötənilki qəbul və buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilir

14 iyul, 15:10

GDU-nun tələbəsi Avropa çempionu oldu

14 iyul, 13:59

Məleykə Abbaszadə: Texniki səhvlərlə bağlı müraciətlərə baxmamalıyıq

14 iyul, 13:56

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır

14 iyul, 13:44

Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

14 iyul, 13:15

DİM sədri: 5 il sonra bəzi ixtisaslar ləğv olunacaq 

14 iyul, 12:55

Məktəblilərimiz 57-ci Beynəlxalq Kimya Olimpiadasında uğur qazanıblar

14 iyul, 12:37

Yüksək bal toplayan şagirdlərin çoxunun valideyni müəllimdir - Məleykə Abbaszadə

14 iyul, 12:19

Məleykə Abbaszadə: Abituriyentlərin nəticələri ürəkaçandır

14 iyul, 12:16

Şəmkirdə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

14 iyul, 11:58

ADA Universiteti dövlət sifarişi ilə tələbə qəbulu aparacaq

14 iyul, 11:52

Builki abituriyentlərin yarısı dövlət sifarişli yerlərə qəbul olacaq

14 iyul, 11:49

Bəzi ixtisasların V qrupa keçirilməsi layihəsi qəbul edilmədi – DİM sədri

14 iyul, 11:37

“İmtahan prosesinə özüm müdaxilə etmək istəsəm belə, bu, mümkün deyil” - Məleykə Abbaszadə

14 iyul, 11:00

Yeniyetməlik dövrü, özünüifadə ehtiyacı və azadlıq arzusu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.