Bütün xəbərlər
11 fevral, 14:50

Müasir təhsil müəssisəsi rəhbərlərindən vacib bacarıqlar tələb edir. Maraqlıdır, görəsən, məktəb rəhbəri kim olmalıdır – inzibatçı, yoxsa pedaqoq?

Rəhbər, ilk növbədə, pedaqoji lider olmalıdır

ADA Universiteti Təhsil Məktəbinin dekanı Ülviyyə Mikayılovanın fikrincə, rəhbər ilk növbədə pedaqoji lider olmalıdır: “O, pedaqoji cəhətdən anlamalıdır ki, rəhbərlik etdiyi müəssisədə hansı proseslər gedir. Yalnız bundan sonra o, öz müəlliminə kömək edə, istiqamət verə, öyrənmə imkanı yarada bilər. Milli kurikulum islahatları başlayanda indiki Elm və Təhsil Nazirliyi monitorinq tədqiqatları aparırdı. Həmin tədqiqatlar çərçivəsində müəllimlərdən bu sual soruşulurdu: Kurikulumun tətbiqində çətinlik çəkəndə kimə müraciət edirlər? Xatırlayıram, həmin vaxt heç kim məktəb direktorunun və metodistinin adını qeyd etməmişdi. Əksəriyyət internetdən, kitablardan cavab axtardığını bildirmişdi. Təbii ki, müəllimin internetdən, kitablardan məlumat alması, onu maraqlandıran suala bu mənbələrdən cavab tapması pis deyil, ancaq bu, həm də o deməkdir ki, müəssisə səviyyəsində səmərəli, keyfiyyətli dəstək almırlar”.


“Ölkədə pedaqoji təcrübəsi olan kifayət qədər iqtisadçı var”

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev də hesab edir ki, müasir direktor ilk növbədə iqtisadçı olmalıdır: “Peşə təhsili sahəsində mühəndis-pedaqoji heyətin ixtisasartırması, müəyyən təlimlərə cəlb edilməsi prosesi hələ kifayətedici səviyyədə deyil. Halbukı peşə təhsilində fəaliyyət göstərən mühəndis-pedaqoji heyətin təkmilləşdirilməsi müasir dövrün tələbidir. Bunu bizdən, ilk növbədə, hər gün yenilənən əmək bazarı tələb edir. Məsələn, 5 il əvvəl məzun olan şəxsin öhdəlikləri və ondan gözləntilər tam fərqli idi, bu gün başqadır. Peşə təhsili sənaye müəssisələri ilə qarşılıqlı işləməlidir. Bu günün tələbi təhsilalanın tədrisə cəlbi, onlara keyfiyyətli təhsil verilməsi, mühəndis-pedaqoji heyətin isə birbaşa sənayedə təlimlərə cəlb edilməsidir. Bu, mütəmadi davam etməlidir, çünki yenilənən əmək bazarı bunu tələb edir. Eyni zamanda, məktəblərin, peşə təhsili müəssisələrinin rəhbərləri həm də sənayeni, iqtisadiyyatı bilən adamlar, pedaqoqlar olmalıdır. Fikrimcə, rəhbər şəxs iqtisadçı olsa, daha yaxşı olar. Ölkədə də pedaqoji təcrübəsi olan kifayət qədər iqtisadçı var”.

Q.Nəbiyevin fikrincə, iqtisadçı-pedaqoqlar arasında uyğun namizədi tapmaqla iş bitmir. Xüsusən, peşə təhsili müəssisələrində çalışan həm pedaqoji, həm rəhbər heyəti təşviq mexanizmi işləməlidir: “Təşviq, əsasən, maddi olmalı, onların, ilk növbədə, maaşları artırılmalıdır, amma bu, birdən-birə və hamıya tətbiq edilməməli, sertifikatlaşdırılma aparılmalı, qiymətləndirmə meyarları tənzimlənməlidir. Qoy layiq olan yaxşı əməkhaqqına cəlb olunsun! Adambaşına maliyyələşmə mexanizminə keçən müəssisələrdə bu mexanizm işləyir. Məsələn, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi 2 ilə yaxındır ki, adambaşına maliyyələşmə sisteminə cəlb olunub və inzibati-rəhbər, mühəndis-pedaqoji heyətin əməkhaqqında müəyyən fərqlər yaranıb. Yəni yeni maliyyələşmə sistemi bizə yanaşmanı dəyişmək imkanı verib”.

Şərhlər

Xəbər lenti

14 mart, 09:56

Qazaxıstanlı tələbələr ADNSU-da təcrübə keçiblər

14 mart, 09:48

Tələbələr dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu barədə məlumatlandırılıb

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 16:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 16:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 16:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 16:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

13 mart, 15:05

Ənənə və müasirliyi birləşdirən təhsil ocağı – Şəki məktəbindən REPORTAJ

13 mart, 14:45

Xankəndi şəhərində solo konsert keçirilib

13 mart, 13:58

34 ildən sonra – Xankəndi məktəbinin bir dərs günü  

13 mart, 13:40

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

13 mart, 12:32

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

13 mart, 11:55

Ben Sauter: Azərbaycanın ali təhsil sisteminin beynəlxalq məkanda tanınması artıb

13 mart, 11:43

İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin sayı açıqlanıb

13 mart, 11:38

ADNSU tələbələri üçün “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib

13 mart, 11:31

“Mədən sənayesində qadınların rolunun artırılması” mövzusunda seminar keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.