Bütün xəbərlər
9 yanvar, 11:42

“Yenilənmiş coğrafiya fənn kurikulumu müasir təhsil standartlarına uyğun olaraq hazırlanıb. Bu kurikulumun əsas məqsədi şagirdlərdə coğrafi düşüncə tərzinin formalaşdırılması, qlobal və milli dəyərlərə hörmətlə yanaşma, həmçinin davamlı inkişaf prinsiplərinə uyğun davranışların inkişaf etdirilməsidir”.

Bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Təhsil İnstitutunun Coğrafiya fənn kurikulumunun təkmilləşdirilməsi üzrə işçi qrupunun üzvü Şərafət Hüseynli deyib.

O, yeni kurikulumdakı əsas dəyişiklikləri də açıqlayıb:

“Coğrafi düşüncənin formalaşdırılması, yəni şagirdlərdə hadisələrə coğrafi aspektdən yanaşma qabiliyyətinin inkişaf etdirilməsi prioritetlərdəndir. Bu, şagirdlərin təbiət, cəmiyyət və məkan arasında əlaqələri başa düşməsinə və analitik düşüncə bacarıqlarının inkişafına xidmət edir. Həmçinin mədəni müxtəliflik və milli dəyərlərə hörmət, davamlı inkişaf strategiyasına uyğun məzmun yeni proqramın əvvəlkindən əsas fərqləridir”.
Şərafət Hüseynli əlavə edib ki, ətraf mühitin qorunması, dayanıqlı inkişafın təmin edilməsi və qlobal coğrafi risklərin öyrənilməsi yenilənmiş məzmunun əsas xəttini təşkil edir. Bu yanaşma həm dünyada, həm də Azərbaycanda mövcud ekoloji problemlərin həllinə yönəlib:

“Məzmunun sadələşdirilməsi və praktiklik baxımından akademik və yalnız  riyazi hesablamalar tələb edən, coğrafi səbəb və nəticə əlaqələrinə əsaslanmayan hissələr (məsələn, Günəş şüalarının düşmə bucağı, çayların su axını ilə bağlı hesablama məsələləri) kurikulumdan ya çıxarılıb, ya da sadələşdirilib. Bunun əvəzinə, coğrafi tədqiqatlar, çöl işləri və coğrafi informasiya sistemləri kimi praktiki bacarıqlar tələb edən mövzular daha geniş şəkildə daxil edilib”.
Onun sözlərinə görə, kurikulumda coğrafiyanın məzmunu, onun tədqiqat obyektləri istiqaməti, yəni fənnin əsas öyrənmə obyektləri olan kartoqrafik təsvirlər, relyef, iqlim, sular, canlı aləm və onların  Yer səthində paylanması qanunauyğunluqları, əhali, iqtisadi fəaliyyət sahələri, ekoloji problemlər və onların həlli yolları və s. əvvəlki kimi saxlanılır.  

Məzmun yeniliklərindən də bəhs edən işçi qrupun üzvü əvvəlki kurikulumun "Coğrafi məkan", "Təbiət" və "Cəmiyyət"dən ibarət olduğunu, indi isə bunların "Mövqe və məkan", "Təbii sistemlər", "Bəşəri sistemlər" və "Ətraf mühit və dayanıqlılıq" ilə əvəzləndiyini bildirib.

Onun sözlərinə görə, sonuncu məzmun xətti dayanıqlı inkişafı vurğulayır və bu istiqamətdə biliklərin tədrisini genişləndirir:

“Standartlar siniflər üzrə fərqləndirilir. Yenilənmiş kurikulumda hər sinif üçün xüsusi standartlar tətbiq edilir. Bu, şagirdlərin yaş səviyyəsinə uyğun daha məqsədyönlü tədris prosesini təmin edir”.

Şərafət Hüseynli qeyd edib ki, yeni kurikulumda həm məkan anlayışına dair məlumatların toplanması, çöl tədqiqatları, həm də coğrafi tədqiqat obyektlərinin dərin təhlili təmin olunacaq. Yeniliklər arasında coğrafi informasiya sistemlərinin bütün siniflərdə tətbiqi, təbii və antropogen fəlakətlərin, qlobal coğrafi risklərin təhlili, həmçinin dayanıqlı inkişafın proqnozlaşdırılması yer alır:

“9-cu sinfə qədər olan ümumi orta təhsil pilləsində standartlar əsas coğrafi məzmunu əhatə edir. Yəni standartlar elə tərtib edilib ki, 9-cu sinfi bitirən şagird artıq coğrafiyanın əsas məzmun və bacarıqlarına yiyələnmiş olsun. Tam orta təhsil səviyyəsi üzrə isə əlavə məzmun (mədəniyyətlərin analizi, geosiyasi vəziyyətvə.s) ilə yanaşı tədqiqat xarakterli standartlar hazırlanıb. Bu yanaşma şagirdlərin coğrafi tədqiqat bacarıqlarını inkişaf etdirmək və onları qlobal çağırışlara hazırlamaq məqsədi daşıyır”.

Şərafət Hüseynli yekunda vurğulayıb ki, yenilənmiş kurikulum Azərbaycan coğrafiyasının təbii, iqtisadi və sosial xüsusiyyətlərini daha dolğun şəkildə əhatə edir.

Şərhlər

Xəbər lenti

8 sentyabr, 19:23

"Nar” ilin ən uğurlu abituriyentlərini mükafatlandırıb

8 sentyabr, 18:45

Bakı məktəblərində yeni futbol meydançaları istifadəyə verilib

8 sentyabr, 18:19

Andrey Şevçenko: Bu stadion Bakıdakı uşaqlar üçün unikal fürsətdir

8 sentyabr, 17:58

AFFA Prezidenti: Məktəblərdə futbolun inkişafı prioritet istiqamət kimi müəyyən edilib

8 sentyabr, 17:52

Nazir: Biz fiziki tərbiyə dərslərinə gənc nəslin sağlam inkişafı üçün vacib sahə kimi yanaşırıq

8 sentyabr, 17:36

“5-0 uduzsam da, sonda qələbə qazandım” - Naxçıvan boksçusunun uğuru

8 sentyabr, 17:02

TİF ilə Azərbaycan–Türkiyə İş adamları Birliyi arasında görüş keçirilib

8 sentyabr, 16:52

Birgə hazırlaşıb eyni universitetə daxil oldular

8 sentyabr, 16:51

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyat müddəti uzadılıb

8 sentyabr, 16:31

ETN: Qeydiyyat zamanı tələbədən tibbi arayış tələb oluna bilər

8 sentyabr, 16:13

AzTU vakansiya elan edir

8 sentyabr, 15:39

Paytaxt məktəblərində maarifləndirici görüşlər başlayıb

8 sentyabr, 15:35

Məşqçi-müəllim Avropa çempionatında bürünc medal qazanıb 

8 sentyabr, 14:48

Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

8 sentyabr, 14:33

Rezidenturaya əlavə qəbul üzrə qeydiyyat başlayır

8 sentyabr, 13:56

Qafqazın seysmologiyasını araşdıran tədqiqatçı: Süni intellektdən istifadə edirəm, amma…

8 sentyabr, 13:43

İdmançılarımız Türkdilli Dövlətlərin Universiadasında uğur qazanıblar

8 sentyabr, 13:22

Rektor Anar Eminov MDU-ya yüksək balla qəbul olunan tələbələrlə görüş keçirib

8 sentyabr, 13:03

Azərbaycan savadlılıq səviyyəsinə görə ilk 5-likdə – Savadlılıq səviyyəsi 100 faiz!

8 sentyabr, 12:10

Mebel, televizor, indi də … 3-cü peşəyə 46 yaşında yiyələndi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.