Bütün xəbərlər
16 dekabr, 10:22

Cari ilin oktyabrın 12-dən Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib olmuş “Zəfər yolu – elmin və biliyin gücü” adlı layihənin icrasını təmin etmək məqsədilə altımərhələli intellektual bilik yarışı keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, yarışın 5 mərhələsi artıq keçirilib. Layihənin rəhbəri Abşeron rayonu Veysəl Musibov adına 5 nömrəli tam orta məktəbin biologiya müəllimi Jalə Qasımovadır.

Layihənin məqsədi məktəblilər arasında güclü təhsil sayəsində yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün təhsilalanlar arasında intellektual müsabiqənin keçirilməsi, məktəblilər arasında  ölkəmizin, xüsusilə dilbər guşəmiz olan Qarabağın tarixi, təbiəti, mədəniyyəti haqqında ümumi dünyagörüşünün formalaşdırılması, milli-mənəvi dəyərlərə hörmət, sevgi, vətənpərvərlik hisslərini aşılayan, həmçinin şagirdlərdə liderlik bacarığının aşkara çıxarılması, məntiqi təfəkkürün artırılması, stresə dözümlülük  və  özünüinkişaf proqramına qoşulmaları, istedadlı şagirdlərin tanınması və şagirdlər arasında psixososial  sağlam münasibətlərin qurulmasıdır.

Layihə çərçivəsində Abşeron-Xızı Regional Təhsil İdarəsi və İdarəyə tabe olan məktəblər (Abşeron rayonu Veysəl Musibov adına 5 nömrəli tam orta məktəblə yanaşı, ona yaxın ərazidə yerləşən 1, 2, 3, 7 və 9 nömrəli Xırdalan şəhər tam orta məktəbləri də daxil olmaqla) iştirak edir.  

Dekabrın 7-də yarışın yarımfinal mərhələsi keçirilib: Abşeron rayonunun 1, 5 və 7 nömrəli tam orta məktəblərini təmsil edən komandalar yarımfinala çatıblar. Dekabrın 21-də yarışın final mərhələsi keçiriləcək və həmin komandalar finalda bilikləri ilə qələbə uğrunda mübarizə aparacaqlar.  

Onu da qeyd edək ki, finalda bütün komanda üzvlərinə sertifikatlar və hədiyyələr, qalib komandaya isə xüsusi hədiyyələr veriləcək.  

Tural Quluzadə

1 /9

Şərhlər

Xəbər lenti

27 iyun, 10:21

Sertifikasiyada könüllü iştirak edib yüksək bal topladılar

27 iyun, 09:42

Ata və qızı sertifikatlaşdırma imtahanında yüksək bal toplayıb

27 iyun, 09:39

BSU-da “Məzun günü” tədbiri keçirilib

26 iyun, 18:45

BŞTİ: Direktor və müavinin maşınının işçilər tərəfindən yuyulması araşdırılır

26 iyun, 13:21

Bakı Mühəndislik Universitetində “Məzun günü” keçirilib

26 iyun, 11:10

LDU-da “Məzun günü” keçirilib

26 iyun, 10:51

Sertifikasiyada neqativ hal: 7 müəllimin nəticəsi ləğv ediləcək

26 iyun, 10:47

Naxçıvan Hərbi Kolleci – Peşəkar orduya aparan zəfər yolu

26 iyun, 10:15

Sinifdə də, səngərdə də qəhrəman müəllim 

26 iyun, 09:11

BDU-da “Məzun günü” keçirilib

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

25 iyun, 17:00

“Müəllim nə qədər savadlı olsa da, öz üzərində daim  işləməlidir” – Müəllimlərin fikirləri 

25 iyun, 16:30

Sertifikasiyadan keçən kimya müəllimləri: “Sualların 25-30-u çox sadə idi…”

25 iyun, 16:15

Çiçəkli qarşılama, ailə dəstəyi – İmtahanın sonuncu günü 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.