Növbəti il üçün ümumi təhsilə ayrılacaq büdcə açıqlanıb

20 Noyabr, 2024 - 21:09

Azərbaycanda 2025-ci il üçün ümumi təhsil üzrə nəzərdə tutulan büdcə açıqlanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu gün Milli Məclis komitələrinin birgə iclasında deyib ki, gələn ilin büdcə layihəsində ümumi təhsilə  2.35 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.