Nurlan İsmayılbəyli: Bu gün imtahanda 97% davamiyyət qeydə alınıb

19 İyun, 2025 - 12:12
Nurlan İsmayılbəyli: Bu gün imtahanda 97% davamiyyət qeydə alınıb
Nurlan İsmayılbəyli: Bu gün imtahanda 97% davamiyyət qeydə alınıb

“Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin artıq ikinci günüdür. Bu gün coğrafiya və ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma imtahanları həyata keçirilir. Ötən gün prosesi 95% davamiyyətlə başa vurmuşuq”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki,  bu gün ölkə üzrə 17 şəhərdə 24 imtahan mərkəzində imtahanlar təşkil olunub:

“İlkin məlumatlara əsasən, 4000-dən artıq müəllim bu prosesdə iştirak edir və təxminən 97% davamiyyət qeydə alınıb. Prosesin aktiv və nizamlı şəkildə başladığını müşahidə edirik. Müəllimlər bu prosesə yüksək motivasiya ilə qoşulublar”.