Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək

3 Oktyabr, 2026 - 11:13
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək

Oktyabrın sonu-noyabrın əvvəlindən başlayaraq tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılmasına dəstək məqsədilə vebinarların təşkili planlaşdırılır.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” adlı konfransda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova bildirib.

O qeyd edib ki, vebinarlar tərbiyəçi-müəllimlərin sertifikatlaşdırma ilə bağlı məlumat əldə etməsinə və prosesə daha yaxşı hazırlaşmasına kömək edəcək.

Pərvinə Qədimova ali təhsil müəssisələrinin tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qiymətləndirmə çərçivəsini nəzərə almasının vacibliyini də vurğulayıb:

“Bu çərçivə barədə məlumatın olmaması bəzi hallarda namizədlərin hazırlığında müəyyən çətinliklər yaradır və onlar əlavə hazırlığa ehtiyac duyurlar. Ali təhsil müəssisələri aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində bu prosesi həyata keçirərsə, tələbələrimizə də kömək etmiş olarıq. Buna görə ali təhsil müəssisələrinin nümayəndələri əmək bazarının nümayəndələri ilə daim əlaqədə olmalıdırlar”, - deyə AGMA sədri vurğulayıb.