Orta məktəblərdə 108 alim işləyir – Eksklüziv

7 İyul, 2026 - 11:37
Orta məktəblərdə 108 alim işləyir

Azərbaycanda hazırda dövlət ümumtəhsil məktəblərində çalışan və doktorantura səviyyəsində ali təhsili olan işçilərin sayı 108 nəfərdir.

Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

Məlumata görə, doktorantura təhsili almış işçilərin 103 nəfəri fəlsəfə doktoru, 5 nəfəri isə elmlər doktoru proqramlarını bitirib.

Həmçinin bildirilib ki, doktorantura təhsili almış işçilərin daha çoxu müəllim kimi çalışırlar.