Ötən il elmi dərəcə alanlar arasında qadınlar üstünlük təşkil edib
Ötən il elmi dərəcə alan qadın və kişi iddiaçıların sayı açıqlanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.
Statistikaya görə, fəlsəfə doktoru elmi dərəcəsi alanlar arasında 322 nəfər qadın, 152 nəfər kişi olub. Elmlər doktoru üzrə isə 37 qadın, 45 kişi bu ali elmi dərəcəyə layiq görülüb.
Məlumata əsasən, ötən il ümumilikdə 556 nəfərə elmi dərəcə verilib. Onlardan 474 nəfəri fəlsəfə doktoru, 82 nəfəri isə elmlər doktoru elmi dərəcəsi alıb.
Ən çox elmi dərəcə verilən sahələr sırasında filologiya, tibb, texnika və iqtisad elmləri ön plana çıxır.


