Ötən il kənd məktəblərində təhsil alanların sayı açıqlanıb

26 Avqust, 2025 - 11:20
Ötən il kənd məktəblərində təhsil alanların sayı açıqlanıb
Ötən il kənd məktəblərində təhsil alanların sayı açıqlanıb

2024/2025-ci təhsil ili üzrə ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sayı məlum olub.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə “Azərbaycanda təhsil, elm və mədəniyyət” statistik məcmuəsində məlumat verilib.

Bildirilib ki, 2024/2025-ci tədris ili üzrə şəhərlərdə ümumi orta təhsil müəssisələrində 1 098.4 min, kəndlərdə isə 596.7 min nəfər olub.

Qeyd edək ki, əvvəlki tədris ilində bu göstərici şəhərlərdə 1 095.1 min, kəndlərdə isə 609.1 min olub.