Ötən il vakant müəllim yerlərinin 90%-i tutulub
2024-2025-ci tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak üçün 70 minə yaxın şəxs müraciət edib, 50 mindən çox namizəd isə test imtahanı mərhələsində iştirak edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu məlumat Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyətinə dair hesabatda öz əksini tapıb.
Qeyd edilib ki, müsabiqənin nəticələrinə əsasən, 6 300-ə yaxın müəllim işlə təmin olunub və elan edilmiş vakant yerlərin 90%-i tutulub.


