Özbəkistan universitetinin nümayəndələri AzTU-da olub
Azərbaycan Texniki Universitetinin (AzTU) Özbəkistanın Namanqan Dövlət Texniki Universieti (NDTU) ilə əməkdaşlığı çərçivəsində NDTU-nun Mexanika fakültəsinin dekanı professor Avazbek Obidovun rəhbərlik etdiyi nümayəndə heyəti mübadilə proqramı ilə AzTU-da səfədə olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, səfər çərçivəsində qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüblər.
Daha sonra AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov qonaqları universitetin infrastrukturu və müasir kitabaxanası ilə tanış edib.
Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları, eləcə də Maşınqayırma texnologiyası kafedrasının əməkdaşları ilə görüşlər zamanı müxtəlif mövzularda birgə tədiqatların aparılması imkanları barədə müzakirələr aparılıb.
Səfər çərçivəsində qonaqlar həmçinin AzTU-nun Maşınqayırma və metallurgiya fakütləsinin müəllim və tələbə heyəti üçün seminar keçib.



