Patent almaq üçün müraciətlərin sayı 37,8% artıb
Əqli Mülkiyyət Agentliyinə 2025-ci ildə ixtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsi üçün 481 iddia sənədi (2024-cü ildə 349 iddia sənədi), o cümlədən ixtiraya aid 282 (2024-cü ildə 204), faydalı modelə aid 77 (2024-cü ildə 69), sənaye nümunəsinə aid 65 (2024-cü ildə 37) və Avrasiya patentinin alınması üçün 57 (2024-cü ildə 39) iddia sənədi daxil olub.
Bu barədə "Azərbaycan müəllimi"nə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.
Bildirilib ki, patentlərin alınması ilə bağlı daxil olmuş iddia sənədlərinin sayı 2024-cü illə müqayisədə 2025-ci ildə ixtira üzrə - 38,2%, faydalı model üzrə 11,6%, sənaye nümunəsi üzrə 76%, Avrasiya patenti üzrə -46% artmışdır ki, bu da 2024-cü illə müqayisədə 37,8% çoxdur.
2025-ci ildə 214 patent (2024-cü ildə 185), o cümlədən ixtiraya dair 137 (2024-cü ildə 128), faydalı modelə aid 57 (2024-cü ildə 43) və sənaye nümunələrinə aid 20 (2024-cü ildə 14) patent verilib ki, bu da 2024-cü illə müqayisədə 15.7% çoxdur.
Beləliklə, 2025-ci ildə ixtira fəallığı 2024-cü illə müayisədə 37,8%, patent fəallığı isə 15,7% artıb. Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı daxil olan iddia sənədlərinin sayı isə 4196 (2024-cü ildə 3880) olub.



